“2019-2020-ci akademik ili üçün Bakı Dövlət Universitetinə (BDU) dövlət hesabına bakalavr və magistratura səviyyəsinə 3823 nəfər tələbə qəbul olunub. Yalnız 1 il ərzində burada 1110 nəfər dövlət hesabına oxuyan tələbələrin sayında artım var”. ONN media xəbər verir ki, bunu BDU-nun 100 illiyi münasibətilə bu təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, bu il akademik göstəricilərə çox ciddi təsir edən amil, yəni 110 min nəfər tələbəni əhatə edən təqaüd məbləğləri orta hesabla 20 faiz artırılıb: “Eyni zamanda dövlət başçısı tərəfindən təqaüd yerlərinin 16 min vahid artırılması barədə qərar qəbul edilib. Həmin qərarda növbəti müddətlər üçün də çox konkret, spesifik hədəflər qoyulub. Belə ki, 2019-2020-ci akademik ilində ali təhsil sistemində ən azı 45 faiz, növbəti illərdə isə ən azı 50 faizdən az olmayan tələbənin təqaüd alması təsbit edilib”. Nazir bildirib ki, müəyyən kateqoriyalı, sosial cəhətdən qayğıya, dəstəyə ehtiyacı olan insanlar akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti hesabına təhsil almaq hüququna malikdilər: “Bu kateqoriyadan olan I və II qrup əlil olan şəxslərin 2019-cu ildə akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti təhsil almaq hüquqları təsbit edilib və yalnız bu dəyişiklik hesabına 2000-dən artıq azərbaycanlı tələbə dövlət hesabına təhsil almaq hüququ əldə edib”. /Report/
110 min tələbənin təqaüdü 20 faiz artırılıb – Nazir



Təqaüdlər nə qədər artdı? – Nazir açıqladı
Tədris dövlət hesabına aparılarsa... - Nazir
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
Tələbələrin təqaüdləri və qaydalar dəyişib
Nazirdən şad xəbər- "Dövlət sifarişli yerlər artırılacaq"
Tələbə təqaüdləri ilə bağlı nazirdən açıqlama
Kəsiri olan tələbələrə təqaüd verilməyəcək? - RƏSMİ AÇIQLAMA
Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR
Azərbaycanda təqaüd alan tələbələrin sayı açıqlandı
Bakalavriat və magistraturada təhsil xərcləri artırıldı
Bu tələbələrə güzəşt ediləcək - Nazirdən ŞAD XƏBƏR
Tələbələrə təqaüd verilməsi qaydası DƏYİŞDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 