Cari ilin yanvarında 1587 nəfər xarici ölkə vətəndaşı Gürcüstana buraxılmayıb. Onların 124-ü Azərbaycan vətəndaşlarıdır.
ONN media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq hesabatında məlumat verilib.
Məlumatda bildirilir ki, ötən ay Gürcüstana buraxılmayan əcnəbilər arasında ən çox İran vətəndaşları olublar – 576 nəfər. Siyahıda ikinci yerdə 366 nəfərlə Hindistan dayanır.
Yanvarda 116 nəfər Türkiyə, 72 nəfər Türkmənistan, 58 nəfər Rusiya, 50 nəfər Ermənistan, 44 nəfər Özbəkistan, 28 nəfər Pakistan, 16 nəfər Misir, 15 nəfər İraq, 13 nəfər Qırğızıstan və 11 nəfər Qazaxıstan vətəndaşı Gürcüstana buraxılmayıb.
Qeyd edək ki, 2018-ci ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvarında Gürcüstana buraxılmayanların sayı 50 faizdən çox artıb. Ötən ilin yanvarında ölkəyə 1047 əcnəbi vətəndaş buraxılmayıb. Ümumiyyətlə, 2018-ci ildə 3200 nəfər İran, 2200 nəfər Hindistan vətəndaşı Gürcüstana buraxılmayıb. Viza rejimini pozan əcnəbilər arasında da ən çox İran vətəndaşları olublar – 1500 nəfər. BakuPost



3 ayda 500 azərbaycanlı qonşu ölkəyə buraxılmadı
Azərbaycandan bu ölkəyə səfərlər 65% azalıb
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb
Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı açıqlandı
Xaricə gedən azərbaycanlılar ən çox haranı seçirlər?
Ölkəmizə Çin və Yaponiyadan da turist axını artıb
Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
Xaricə gedən Azərbaycan vətandaşlarının sayı nə qədər artıb?
Azərbaycan vətəndaşlarə ən çox hansı ölkələrə səyahət edir?
Ötən gün 142 toy keçirildi - 109 nəfər qapıdan qaytarıldı
Ötən ay Azərbaycana 185 mindən çox turist gəlib
Bu qış Gürcüstana gedən azərbaycanlı turistlərin sayı artıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 