Zabrat qəsəbəsində yaşayır, bizlərdən biridir. Hər gün gəlib --getdiyi ərazinin müdafiəçisi olmaq istəyir. Dəstək olaq, səsimiziu qoruyaq. EVİMİZDƏN SEÇƏK, EVİMİZİ SEÇƏK! UĞURLAR, D-R Telman Nusrətoğlu!
Telman Nüsrətoğlu 1971 ci ildə Zəngilan rayonunda anadan olub. Orta məktəbdə oxuyarkən respublika və rayon mətbuatında yazıları dərc olunub, Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə fəal iştirak edib. 1993-cü ildə ölkəmizdə ilk dəfə test üsulu ilə keçirilən tələbə qəbulu imtahanından yüksək bal toplayaraq dövlət təqaüdüylə qardaş Türkiyə dövlətinin Mərmərə Universitetinə ali təhsil almağa göndərilib.
Tələbəlik illərində İstanbulda nəşr edilən Gənc Aydın jurnalının baş redaktoru olub, müntəzəm olaraq da Türkiyə mətbuatında məqalələrlə çıxış edib. Bakalavr təhsilindən sonra eyni universitetin Ümumi Türk Tarixi kafedrasında magistr təhsilini də uğurla başa vuraraq Çarlıq Rusiyasının Azərbaycanı işğalı mövzusunda elmi işini müdafiə edib. Daha sonra Türkiyənin ən güclü və qədim təhsil mərkəzlərindən biri olan İstanbul Universitetində doktora təhsili və tarix araşdırmalarına davam edib.
Türk Dünyasının böyük alimləri Zəki Vəlidi Togan və İbrahim Kafesoğlu tərəfindən əsası qoyulan Ümumi Türk Tarixi kafedrasında elmi işini müdafiə edərək tarix üzrə elmlər doktoru elmi dərəcəsi alıb. İstanbulda Rusiya və Qafqaz tarixiylə bağlı dört kitabı çap olunub. Yenə Türkiyədə çap olunan “ Yeni Üniversite Anlayışı” “ Keşif Universiteti”, “ Osmanlı Savaş Əsirləri” kitaplarının da həmmüəliflərindən biridir. Hazırda Osmanlı arxiv sənədləri əsasında hazırladığı “ Neft və İmperyalizm “,” Osmanlı Dövlətinin Cənubi Qafqazdakı Diplomatiq Fəaliyətləri” adlı əsərləri də çapa hazırlanmaqdadır.
Türkiyə , Azərbaycan , Rusiya və Avropada keçirilən müxtəlif beynəlxalq sempozyum və konfranslarda məruzələri dinlənilib, çox sayıda jurnal və qəzetlərdə yüzdən çox məqalələri çap olunub. Azərbaycan və Türkiyənin müxtəlif televiziyalarında Rusiya- Türkiyə münasibətləri, Türkiyə-Azərbaycan münasibətləri , Qafqaz və Azərbaycan tarixi, beynəlxalq münasibəıtlər, Qarabağ problemi, Erməni məsələsi, Türk dünyasının problemləriylə bağlı çox sayıda çıxışları, müsahibələri yayınlanmışdır. TRT Avaz Avrasya Gündəmi proqramının da daimi ekspertlərindən biridir.
Hazırda Türk İslam Araşdırmaları Mərkəzinin sədri , Xəzər Universitetinin müəllimi , Türkiyə qəzetinin Geniş Açı səhifəsinin yazarıdır. Namizədliyinin irəli sürüldüyü seçki dairəsinin ərazindəki Zabrat qəsəbəsində yaşamaqdadır.
Evlidir, dörd övladı var.
İNSANI YAŞAT Kİ, DÖVLƏT YAŞASIN.



27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi : Tarixci alim Telman Nüsrətoğlu keçmiş deputat Qalib Salahzadənin oğluna qarşı
Türkiyəyə "Qardaş köməyi": Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq- FOTOLAR
Müstəqil namizədi gərgin mübarizə gözləyir...
Seymur Talıbovun yerinə gətirilən xanım kimdir?
Təhsil Nazirliyində yeni təyinat
Telman İsmayılovun videosu yayıldı: Görün kimdən nə xahiş edir
Tramp prezident olmaq üçün respublikaçılardan tam dəstək alıb
Kəlbəcərdə şəhid olan gizirilə vida mərasimi keçirildi
28 iyun Vaqif Məmmədovun doğulduğu gündür
Prezident iki məktəbdə yaradılan şəraitlə tanış oldu
Prezident Sabunçuda 71 saylı orta məktəbdə
Ötən il məktəbi bitirənlərin 25 faizi təhsilini davam etdirməyib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 