Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
ONN media xəbər verir ki, aprelin 18-də həyata keçirilən tədbirlər nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, əldə edilmiş məlumat əsasında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Eşqin Nəzərovdan çəkisi 5 kiloqram 150 qram marixuana götürülüb.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suqovuşan kənd sakini Emin Qasımova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır.



Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Külli miqdarda narkotik aşkarlanaraq götürülüb
Bir gündə 79 kiloqram narkotik dövriyyədən çıxarıldı
Polis son 6 gündə BÖYÜK ƏMƏLİYYAT KEÇİRDİ: 110 kiloqrama yaxın narkotik ələ keçirildi
Narkotik və silah-sursat götürülüb
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Əvvəllər məhkum olunmuş şəxslərdən külli miqdarda narkotik vasitə aşkarlanıb
Külli miqdarda narkotik götürülüb
Külli miqdarda narkotik vasitə götürülüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 