ONN media xəbər verir ki, bugünlərdə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən ölkəmizə turist kimi gəlmiş əcnəbi vətəndaş Səbail rayonu ərazisində yaşadıqları mənzildən oğurluq edildiyini bildirib.
Dərhal Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşları Nizami küçəsindəki hadisə baş verən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, aprel ayının 30-u axşamdan mayın 1-i səhərədək olan müddətdə orada yaşayan 4 əcnəbi vətəndaşın ümumilikdə 815 ABŞ dolları, 280 manatı, 220 tüməni və 1 mobil telefonu oğurlanıb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək “isti izlər”lə saxlanılıb.
Araşdırmalarla onun həmin turistlərə bələdçilik edən Astara rayon sakini Ramid Nəbiyev olduğu müəyyən edilib. Məlum olub ki, o, kirəkeşlərin mənzildə olmadıqlarından istifadə edərək əvvəlcədən hazırladığı ehtiyat açarla mənzilə qanunsuz daxil olaraq onların pulunu və mobil telefonunu oğurlayıb.
“Samsung S-3” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Araşdırma aparılır.
Əcnəb vətəndaşlar onların müraciətlərinə dərhal reaksiya verilməsinə və operativliyə görə polis əməkdaşlarına təşəkkür ediblər.



Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Xarici vətandaşdan oğurluq edən qadın ələ keçdi
Mənzillərdən oğurluq edən şəxslər saxlanılıb
Soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb
13 ədəd telefon oğurlayan şəxs saxlanıldı
Telefon bağazasından oğurluq etmək istədi-SAXLANILDI
Bakıda “Topaz”dan oğurluq oldu
Mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Xanımlar diqqətli olun-Təhlükəli oğurluq
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıbla
Tanınmış teleaparıcıya qarşı CİNAYƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 