Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun bu istiqamətdə daha əlverişli mövqelərə sahib olmasına imkan verib.
ONN media xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik-leytenant Dilsuz Əliyev deyib.
Onun sözlərinə görə, Xunut dağının, Ağbulaq yüksəkliyinin, Qızılqaya dağının və Mehridağın işğaldan azad edilməsi Dərələyəz mahalının Arpa kəndinin (ermənilər adını dəyişdirərək "Areni" qoyublar) Əlahiddə Ümumqoşun Ordunun nəzarətində olması ilə nəticələnib. Bu, böyük hərbi nailiyyətdir.
"Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Bununla həm də strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulmuş oldu ki, bu da çox önəmlidir", – deyən ehtiyatda olan polkovnik-leytenant vurğulayıb. O deyib ki, Əlahiddə Ümumqoşun Ordunun böyük hərbi üstünlük əldə etməsi düşməni ciddi narahat edir, onlarda təşviş yaradır.
Muxtar respublikanın təhlükəsizliyinin etibarlı şəkildə qorunduğunu qeyd edən Dilsuz Əliyev bildirib ki, Naxçıvandakı birləşmə və hissələrimizin döyüş qabiliyyəti və peşəkarlığı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı dünyanın qabaqcıl orduları ilə müqayisə olunur. Ötən ay qardaş ölkənin Qars şəhərində keçirilmiş Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimi bunu bir daha təsdiq edir. Təlimdə Əlahiddə Ümumqoşun Ordudan cəlb edilmiş bölmələr bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək yüksək nəticələr göstəriblər.
O deyib: "Güclü maddi-texniki təminat və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dəfələrlə muxtar respublikadakı hərbi hissələrə, buradakı hakim yüksəkliklərə gələrək xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Bu, hərbçilərimizdə böyük ruh yüksəkliyi yaradır. Bundan başqa, hərbi potensialın gücləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordu ən müasir silahlar, Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun olan müasir texnikalarla təchiz edilib. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub".



Naxçıvanda kənd düşməndən azad edildi
Ordumuzun azad etdiyi strateji yüksəkliklər - SİYAHI
İlham Əliyev BƏYAN ETDİ: "Naxçıvana ən müasir hərbi texnika gətirilir"
Ordumuza sovqatlar göndərilir
İlham Əliyev hərbi aerodromun açılışında
Naxçıvandakı qoşunlara 22 pikap verild
Ermənistan Naxçıvan cəbhəsində atəşkəsi pozdu: Cavab tədbirləri görülür
Ermənilərin “qürur xətti” darmadağın edildi - Polkovnik
Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirildi
Naxçıvan qarnizonunun əsgərləri and içdi
İşğaldan azad olunmuş ərazilərdəki əhalinin sayı AÇIQLANDI
3 hərbçimiz qəzada həlak olub,11-i isə yaralanıb- Naxçıvanda RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 