Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi tədbirləri sırasında xidməti avtomobillərə olan tələbatın ödənilməsi mühüm yer tutur.
Müdafiə Nazirliyindən verilən məlumata görə, iyunun 25-də Əlahiddə Ümumqoşun Orduya 22 "Mitsubişi L200" markalı xidməti avtomobil təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni avtomobillərə baxıb, təyinata uyğun istifadə olunması barədə tapşırıq verib.
Sonra Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun Texnika parkına, silah və optik cihazlar anbarına baxıb. Baxış zamanı bildirilib ki, parkın dam örtüyü yenilənib, fasad hissəsi üzlənib, beton örtüyü verilib. Silah və sursatların saxlanılması üçün lazımi şərait yaradılıb.
Ali Məclisin Sədri muxtar respublikada ordu quruculuğu işlərinin kompleks şəkildə aparıldığını və əhalinin təhlükəsizliyinin təmin olunduğunu bildirib, “Torpağı əkmirsənsə, qorumağına, qorumursansa, əkməyinə dəyməz”, müdrik fikri xatırladaraq bu sahədə görülən işlərin əhəmiyyətini vurğulayıb, Türkiyə Silahlı Qüvvələrinin ordu quruculuğu tədbirlərindəki fəaliyyətindən bəhs edib. Güclü dövlətimizin güclü lideri və ordusu sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirən Ali Məclisin Sədri Silahlı Qüvvələr Gününün böyük Qələbə ilə qeyd olunduğunu diqqətə çatdırıb.



İlham Əliyev hərbi aerodromun açılışında
Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirildi
Türkiyə səfiri Kərəm Mustafayevlə görüşdü
Ermənistan Naxçıvan cəbhəsində atəşkəsi pozdu: Cavab tədbirləri görülür
Naxçıvan şəhidlərimizi qarşıladı - MN
Türkiyənin ordu komandanı Vasif Talıbovla görüşdü
Naxçıvan şəhidlərimizi qarşıladı
"Ordumuz Naxçıvanda mühüm əhəmiyyətə malik strateji yüksəklikləri işğaldan azad edib"
Bir qrup hərbi qulluqçuya hərbi rütbələr təqdim edildi - VİDEO
Türkiyədən alınan müasir texnikalar orduya təhvil verildi - VİDEO
Vasif Talıbov Hulusi Akarın müavini ilə görüşdü
Vasif Talıbov təlimləri izlədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 