Ötən gün axşam saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasında yenidən baş verən qəza nəticəsində paytaxt Bakının işıqsız qalması metro sistemini çətin vəziyyətə salıb.
ONN media xəbər verir ki, bu gərginlikdən ən çox əziyyət çəkənlər sərnişinlər olub. Qatarda qalan sərnişinlər tunel vasitəsilə təxliyyə olunublar.
Təxliyyə zamanı isə insanların qarşılaşdığı acınacaqlı vəziyyət, panika, üstəgəl də havanın temperaturunun yüksək olması uşaqdan tutmuş yaşlıya kimi bütün sərnişinlərin vəziyyətinin pisləşməsinə səbəb olub.
Buna görə də dünən gecədən etibarən sosial şəbəkələrdə enerjinin kəsilməsi halında insanların qatardan təxliyyə prosesinin alternativ yollarının olmamasından narazılıq edirlər.
Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu məsələyə belə münasibət verib. O bildirib ki,hazırda alternativ vasitələrlə sərnişinləri daşımaq mümkün olan şey deyil: “Metroda generatorlar sadəcə stansiyaları işıqlandırmaq və bəzi təlabatlar ödəmək üçündür. Qatarları hərəkətə gətirmək, onların hərəkətdə olmasını tənzimləmək üçün lazım olan elektrik enerjisi tam fərqli bir şeydir. Bu bizim məişətdə işlətdiyimiz 220 volt enerji deyil. Qatarların təmas reysində 825 volt gərginlik olur. Aradakı fərqə baxın. Üstəgəl, bunların daim işlək rejimdə olması məsələsi var. Yəni,bu çox ağır prosesdir. Generatorlar da o gücdə deyil ki, sərnişinləri tuneldən təxliyyə edə bilsin. Generatorlar ışıqlandırmağa və xəstəxanada hansısa təcili əməliyyatlar aparmağa kömək edə bilər. Metrodakı qəza işığından dünən tuneli işıqlandırdıq”.
Onun sözlərinə görə, dünya təcrübəsində də metro təlimatında təxliyyə məsələsi və onun qaydaları yazılıb: “ Amma bu sahədə yavaş-yavaş inkişaf var. Gələcəkdə belə problemlərin həlli üşün müəyyən işlər artıq görülür. O cümlədən, Bakı metrosunda da bu istiqamətdə işlər görülməkdədir. Həmin işlərin nədən ibarət olması haqqında isə gələcəkdə ictimaiyyətə məlumat veriləcək”.



Metroda sərnişinlər qatardan niyə düşürdüldü?
Bakı metrosunda OLAY - Qatardan sərnişinlər boşaldıldı
Bakı metrosunda qatarda nasazlıq yarandı
Bakı metrosunda nasazlıq: Qatar bu stansiyada dayanmadı
Metroda yenə problem yarandı
Metroda həyəcan- Qapılar bağlanmadı və...
TƏCİLİ - Bakı metrosunun 3 stansiyası fəaliyyətini dayandırdı - YENİLƏNDİ
Bakı metrosunda eskalatot dayandı- Xəsarət alanlar var
3 mərtəbəli yeni metro stansiyası sərnişinlərin ixtiyarına veriləcək - RƏSMİ
Bakı metrosunda DAVA: Oğlan qızı vurub qatardan platformaya saldı
Qatarda nasazlıq, sərnişinlər təxliyə edildi
BDU-nun baş müəllimi metroda öldü - YENİLƏNDİ
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 