"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası istiqamətində respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən zəruri tədbirlər 2018-ci ilin ötən dövründə də uğurla davam etdirilir.
ONN media xəbər verir ki, cari il iyul ayının 28-dən 31-dək respublikanın Şimal-Qərb bölgəsindəki meşə massivlərində Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyatı qurumları əməkdaşlarının, həmçinin Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi qulluqçularının iştirakı ilə "Xaş-Xaş 2018" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
Xüsusi təyinatlı nəqliyyat vasitələrinin və helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin xüsusi aqrotexniki qaydada - kultivasiya yolu ilə yetişdirilməsinə dair faktlar müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 310 kiloqram olan 530 ədəd çətənə kolları, xalis çəkisi 16 kiloqram 670 qram olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işləri başlanılaraq zəruri əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
Xüsusi əməliyyat və profilaktik tədbirlərin davamı olaraq həmin ərazilərdə yabanı halda bitmiş, ümumi çəkisi 8,5 ton olan 13 min 500 ədədə yaxın çətənə kolları da aşkar olunaraq məhv edilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı analoji tədbirlər davam etdirilir.



381 kiloqram narkotik dövriyyədən çıxarıldı
“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair Dövlət Proqramı” qəbul edilib
734 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Prezident Dövlət Proqramında dəyişiklik etdi
22 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb
Hərbçilərimiz sərhəddə ƏMƏLİYYAT KEÇİRDİ - TUTULANLAR VAR
25 kq narkotik dövriyyədən çıxarıldı
Əli Əhmədovun sədrliyi ilə növbəti iclas keçirildi
Qubada “patı” istifadə edən dəstə yaxalandı
DİN Yasamalda əməliyyat keçirdi: 10 nəfər saxlanıldı
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Narkotiklə saxlanıldı, axtarışda olduğu bilindi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 