Avqustun 17-də saat 23 radələrində metronun “N.Nərimanov” stansiyasının platformasında qaçan iki nəfər orada xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb etdiyindən, onlar şübhəli şəxs qismində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətirilmişlər.
Araşdırmalar zamanı həmin şəxslərin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tamerlan Əliyev və Nərminə Abbasova olmaları müəyyən edilmişdir.
ONN media xəbər verir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, onlar Masallı rayon sakini olan bir nəfərin içərisində 71 manat və bank kartları olan pul kisəsini soyğunçuluq yolu ilə alıb aradan çıxmaq istəyirlərmiş.
Onların üzərlərinə şəxsi axtarış keçirilən zaman T.Əliyevdən şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroin, Nərminə Abbasovanın üzərindən isə başqa bir şəxsə məxsus pulqabı aşkar edilərək götürülüb.
Əməliyyat tədbirləri ilə o da müəyyən edilmişdir ki, N.Abbasova həmin pulqabını Nərimanov rayonu ərazisindəki mağazaların birində paytaxt sakini olan bir qadından oğurlamışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.



Masallı polisindən əməliyyat: saxlanılanlar var
Metroda sərnişinə qarşı soyğunçuluq edənlər tutulub
Bakıda bazarlarda narkotik satanlara qarşı ƏMƏLİYYAT
Tərtərdə əməliyyat - Saxlanılanlar var
Lənkəranda narkoşəbəkə ələ keçdi
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
İctimai nəqliyyatı "iş yeri" seçənlər SAXLANILIB
Narkotiklə tutuldu, oğurluq əməllərinin də üstü açıldı
Polis Bakıda xüsusi əməliyyat keçirdi - 4 nəfər...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 