Dekabr ayının 5-də "Grand Hospital"da həkim səhvi ucbatından dünyasını dəyişmiş Ayşən Mirzəyeva üzərində aparılan ekspertiza nəticələri ayın sonunda açıqlanacaq.
ONN media xəbər verir ki, bu barədə bakupost.az-a açıqlamasında mərhumun babası Əlimusa Mirzəyev deyib. O bildirib ki, nəvəsinin ölüm işi Nərimanov rayon Prokurorluğunda araşdırılır: "Deyirlər ki, ekspertizanın rəyini gözləyirlər. Ayın axırına açıqlanacağını demişdilər, amma hələ bir şey yoxdur. Gedib ifadə vermişik. Nəvəmin ölümünə səbəb olan invaziv radioloq İlqar Hüseynov da ifadə verib. İzahatında nə dediyini bilmirik, amma biz onu bağışlamamışıq. Onunla aramızda hansısa barışıqdan söhbət gedə bilməz".
Ə. Mirzəyevin sözlərinə görə, "Grand Hospital"dan onlara İ. Hüseynovun işdən çıxarıldığı deyilib: "Bizə deyiblər ki, həmin həkimi işdən azad etmişik. Amma bizim yasımız var, gedib maraqlanmamışıq ki, düz deyirlər, ya sadəcə bizi sakitləşdirmək üçün belə addım atıblar".
Mərhumun babası Ayşənin fotolarını da bakupost.az-a göndərib və mətbuatdan onun nəvəsinin ölüm işinin diqqətdə saxlanılmasını xahiş edib: "Hörmətli media nümayəndələri, xahiş edirəm ki, bizə kömək edəsiniz. Sap-sağlam Ayşənimin ölümünə bais olanların cəzasız qalmasını istəmirik".
Xatırladaq ki, Ayşən Mirzəyeva noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb. Proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb. O, dekabr ayının 5-də vəfat edib.



Nərmin öldürülərkən hamilə olub? – Valideyni danışdı
Pasiyentləri öldürən klinikalar - 2017-ci ilin mənfi imic qazanmışları - SİYAHI
Azərbaycanda həkim səhvi ölümə səbəb oldu
Doğuşdan sonra yeniyetmənin ölümünə görə həkim səhlənkarlığı araşdırılır
“Ege hospital”da müalicə alan 20 yaşlı gənc ölüb
Turalənin ölümünə səbəb olanların aqibəti necə oldu?
Baku Medikal Plazada ÖLÜM
BDU-nun ölən tələbəsi ilə bağlı müəmmalar artır
DƏHŞƏT: Azərbaycanda xəstə əməliyyatdan sonra ÖLDÜ
Bakıda məşhur klinikada ölüm
Əsgərin payını mənimsədiyi deyilən polis işdən çıxarılıb? - RƏSMİ
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 