Bakıda qumbara, partladıcı və civə tapılıb.
Bu barədə ONN media -ya Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Belə ki, dekabrın 6-ıs saat 13:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 13:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 70 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qərərgahı Radiokimya laboratoriyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri, Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qərərgahı Radiokimya laboratoriyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd F-1 əl qumbarası və şüşə qabda 1 kq civə maddəsi aşkar olunub.
Aşkar olunan obyektlərin ətrafında 500 kv.m əraziyə yerüstü və 9 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə olaraq 1 ədəd UZRQM partladıcısı Agentliyin mütəxəssiləri tərəfindən aşkar olunmuşdur.
Şüşə qabda aşkar olunmuş 1 kq civə maddəsi Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin əməkdaşlarına aidiyyatı üzrə təhvil verilib, 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı isə Agentliyin mütəxəssiləri tərəfindən götürülərək, məhv edilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əraziyə təkrar baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



Xətaidə əl qumbarası tapılıb
Nərimanovda təhlükəli tapıntı aşkar edildi
Bərdədə top mərmisi tapıldı
Xətai rayonunda təhlükəli tapıntı aşkar edildi
Göygöldə top mərmisi tapılıb
Xətaidə əl qumbarası aşkar edildi
Şəmkirdə təhlükəli tapıntı aşkar edildi
Gəncədə təhlükəli tapıntı aşkar edildi
Bakıda əl qumbarası tapıldı
Bakıda dəmiryolu stansiyasında qumbara tapıldı
149 partlamamış hərbi sursat tapıldı
Coratda təhlükəli tapıntı aşkar edildi
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 