“ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərini ölkələrinin əhalisini sülhə hazırlamağa çağırması, həmçinin Davosda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşməsi Qarabağ hadisələrində son illərdə ilk yaxşı xəbər oldu”. ONN media xəbər verir ki, bunu Virtualaz.org-a açıqlamasında Britaniya jurnalisti, Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi Tomas de Vaal deyib. O bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən itki sayının görünməmiş həddə azalması Qarabağ münaqişəsinin sülh yolu ilə həlli danışıqlarının davam etdirilməsi üçün yeni şərait yaradır.
“Davosdakı görüş də həmçinin, hansısa ölçüdə ATƏT-in Minsk qrupu çərçivəsində yeni danışıqlara ümidlər verir, baxmayaraq ki, onlar heç də az olmayan müddətdə ümumiyyətlə dayandırılmışdı. Vasitəçilərin ictimaiyyəti sülhə hazırlamaq təklifi-bu, münaqişə tərəfi ölkələrini atəşkəsə nail olmaq yollarını dürüst müzakirə etməyə çağırışdır. Biz “yuxarıların” mövqeyini tez-tez eşidirik, amma “aşağıların” dürüst mövqeyi də az əhəmiyyətli deyil. Hələ ki, biz ictimaiyyətin, vətəndaş sektorunun, elm və mədəniyyət nümayəndələrinin fikirini eşitmirik. Münaqişənin həlli yollarının və ermənilərlə azərbaycanlılar arasında sülhün bərqərar edilməsinin müzakirəsi insanların dar dairəsindən kənara çıxmalıdır. Ümid etmək olar ki, Azərbaycan və Ermənistan ictimaiyyəti düşmənçiliyin aradan qaldırılması və qarşılıqlı məqbul bir sülhə çatmağın dürüst yollarını müzakirə etməyə başlayacaq”, - deyə beynəlxalq ekspert güman edir. (Qafqazinfo.az)“Əliyevlə Paşinyanın son görüşü ümid verdi”



Sabah Bakı və İrəvan arasında Qarabağ görüşü keçiriləcək
Ermənistan "ağ bayrağı" qaldırdı - Sülh istəyirik
Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın roluna xüsusi ümidlər bəsləyirik - Nazir
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin...
Dövlət katibindən Dağlıq Qarabağ MESAJI
Mnatsakanyanın həmsədrlərlə Cenevrə görüşü başladı
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək
Mogerini: Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yol ilə həllinə sadiqdir
Azərbaycan və Ermənistan XİN arasında görüş keçirildi
XİN: "Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh üçün gələcəkdə də kömək göstərəcək"
BMT-dən Qarabağ açıqlaması
Türkiyə: “Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot edin!”
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 