Nazirlər Kabineti “Peşə təhsili müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstərilməsi Qaydası”nı təsdiqləyib.
ONN media xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslər üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri ərazi dövlət tibb müəssisələri tərəfindən müəyyən edilir.
Peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan yetkinlik yaşına çatmayan şəxslərə əlavə müalicə-bərpa xidmətləri “Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi Qaydası” və “Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.
Peşə təhsili müəssisəsində müalicəyə və ya müalicə-bərpa xidmətinə ehtiyacı olan yetkinlik yaşına çatmayan şəxslərə, təxirəsalınmaz hallar istisna olmaqla, digər tibbi xidmətlər onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə göstərilir. Peşə təhsili müəssisəsində təhsilalanlara aparılan əlavə müalicə-bərpa tədbirlərinin nəticələri ərazi üzrə ambulator-poliklinika müəssisəsinin peşə təhsili müəssisəsinə təhkim olunmuş həkimi tərəfindən qiymətləndirilir.
Şəxsin sağlamlıq vəziyyətindən asılı olaraq, ehtiyac olduqda bu tədbirlər davam etdirilir. Peşə təhsili müəssisəsində təhsilalanların tibbi profilaktik müayinəsi təhsil müddəti dövründə ildə bir dəfədən az olmayaraq, həmin təhsil müəssisəsində və ya ərazi üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisəsində aparılır.
Dövri tibbi profilaktik müayinələrin nəticəsinə uyğun olaraq aşağıdakı tədbirlər həyata keçirilir:
– ötən tədris ili ərzində təhsilalanların sağlamlığının dinamikasının qiymətləndirilməsi, xəstəliklərin erkən əlamətlərinin və funksional pozuntuların aşkar edilməsi və onların aradan qaldırılması üçün müvafiq əlavə müalicə-bərpa tədbirlərinin təşkili;
– peşə təhsili dövründə tədris-istehsalat yükünün təhsilalanlara təsirinin öyrənilməsi;
– sağlamlığında pozuntular (müxtəlif orqan və sistemlərin xəstəlikləri, fiziki, cinsi və digər morfofunksional pozuntular) aşkar edilmiş təhsilalanların dispanser qeydiyyatına götürülməsi və onların müvafiq müalicə-bərpa müəssisələrinə yönəldilməsi;
– sağlamlığında pozuntular aşkar edilmiş təhsilalanların təhsili davam etdirə bilməsi və seçdiyi peşəyə uyğun işə yararlılığı barədə rəy verilməsi;
Təhsilalanlara göstərilən əlavə müalicə-bərpa tədbirləri barədə məlumatlar Vətəndaşların Elektron Sağlamlıq Kartı Sisteminə (VESKS-ə) daxil edilir. Peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidmətləri dövlət büdcəsi vəsaiti hesabına göstərilir. Turkustan.info



Baş nazir təsdiqlədi: Bu şəxslər dövlət hesabına müalicə ediləcək
“Peşə təhsili haqqında” qanuna dəyişikliklər təsdiqlənib
Bu şəxslər təhsil haqqından azad olunur
Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər
Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq
Peşə məktəbləri ilə bağlı YENİ QƏRAR
Sabahdan qeydiyyat başlanır
Peşə məktəbləri ilə bağlı yeni QƏRAR
Sabah sənəd qəbulu başa çatır - DİQQƏT
Tələbələrin təqaüdləri və qaydalar dəyişib
“Peşə təhsili haqqında” qanun müzakirədən keçdi
Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 