Donuz qripindən xüsusi qorunma yolları yoxdur. Virus aşkar olunubsa, əhalidə xof yaratmaq mənasızdır. ONN media xəbər verir ki, bu sözləri həkim Vaqif Qarayev Azərbaycanda 16 nəfərdə donuz qripi virusunun aşkarlanması barədə təsdiqlənmiş məlumata münasibət bildirərkən deyib. V.Qarayev bildirib ki, əhali arasında xof yaratsalar, təşvişə düşmüş insanların tibb müəssisələrinə axını başlaya bilər. Bunun nəticəsində də hamı bir-birinə yoluxdurar. Həkim bildirib ki, insanların sıx olduğu məkanlara getməmək məsləhətdir: “Qoruyucu maskalardan istifadə olunmalıdır, əllər tez-tez yuyulmalıdır, yüksək qızdırma zamanı qızdırmasalıcılardan istifadə etmək lazımdır, antibiotiklərdən yox. Çoxlu maye (su, çay, şirələr, kompotlar) qəbul etmək lazımdır. Meyvə-tərəvəzdən bol-bol istifadə edilməlidir. Davamlı yüksək qızdırmada özünümüalicə yolverilməzdir, həkimə müraciət etmək lazımdır”. V.Qarayev bildirib ki, bağça və məktəblərdə nəzarət gücləndirilməlidir: “Xəstə uşaqlar bağçaya və məktəbə getməməlidir, yaşlı insanlar və hamilələr daha diqqətli olmalı, vaxtında həkimə müraciət etməlidir”. (axar.az)
Ölkədə donuz qripi var: Necə qorunaq? – HƏKİM MƏSLƏHƏTİ



Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkarlandı
Azərbaycanda 16 nəfərdə "donuz qripi" AŞKAR EDİLDİ
Azərbaycanda donuz qripi aşkar edilib?
Türkiyədə “donuz qripi” həyəcanı: Ölən var
Gürcüstanda azərbaycanlılar “donuz qripi”nə TUTULDU
Qonşu ölkədə “donuz qripi”ndən 6 nəfər öldü
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb?
Rusiyada 1 nəfər “donuz qripi”ndən öldü - Daha 24 nəfər...
“Donuz qripi” təhlükəsi - Bakıdan Tiflisə gedənlər azalıb?
Ölkədə yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA
"Donuz qripi" daha bir can aldı
Baş infeksionistdən xəbərdarlıq: Uşaqlarda temperatur və qusma hallarının SƏBƏBLƏRİ
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 