ONN İnformasiya Agentliyi

9 yaşlı uşağın qeyri-adi ölümü

9 yaşlı uşağın qeyri-adi ölümü
23 Aprel 2020 - 10:11

Masallı rayonunda bədbəxt hadisə baş verib.

ONN media xəbər verir ki, ötən gün rayonun Şıxlar kəndində 2011-ci il təvəllüdlü Səmədov Əhəd Rizvan oğlu yaşadığı evin yaxınlığında yerləşən qəbiristanlıqda oynayarkən qəbir daşı aşaraq onun üzərinə düşüb. Ə.Səmədov hadisə yerində ölüb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png