Tərkibi: 750 qram təzə kələm 1-2 ədəd kök 3 xörək qaşığı bitki yağı 80 qram yaşıl soğan 1/2 stəkan üzüm sirkəsi (3%-li) 2 xörək qaşığı şəkər tozu 1 çay qaşığı duz Hazırlanması: Əvvəlcə arıtlanmış və yuyulmuş kələmi dörd yerə bölün, özəyini çıxarın, sonra həmin hissələri nazik doğrayıb, dərin olmayan boşqaba qoyub (ən yaxşısı emal qaba qoymaq), duzlayın və şirəsini buraxanadək və yumşalanadək ovxalayın. Bundan sonra şirəni sıxın, kələmi saxsı, emal və ya şüşə qaba qoyun, xırda doğranmış və ya sürtgəcin iri gözündən keçirilmiş kök, sirkə əlavə edib, qarışdırın və 2-3 saat soyuq yerdə saxlayın. Süfrəyə verməzdən əvvəl bitki yağı, şəkər əlavə edib qarışdırın. Salat qabına qoyduqdan sonra üzərinə yaşıl soğan və ya şüyüd səpin. Kələm salatına qabığı soyulmuş və dilimlənmiş alma, əvvəlcədən qaynar suda isladılmış ərik qurusu, çəyirdəksiz qara gavalı, həmçinin quşüzümü, turşuya qoyulmuş meyvə və giləmeyvələr əlavə edə bilərsiniz. Tövsiyə: Bu salatı qəlyanaltı, ya da qarnir kimi ət və ya quş ətindən, həmçinin qaynadılmış soyuq balıqdan hazırlanmış soyuq və ya qaynar xörəklərin yanında vermək olar. Nuş olsun!
Ağ kələm salatı resepti



Çox dadlı kələm şorbası
Kartof dolması hazırlanması
"Yunan üsulu cacık" - Resept
Çoban qovurmasının hazırlanması
Kələm dolmasının hazırlanma qaydası - Milli mətbəx
İftar süfrəsi üçün reseptlər
Lahmacun RESEPTİ
Gavalılı pambıq keks resepti
Tavada dadlı kartof pizzası necə hazırlanır? - QAYDASI
Ən asan və dadlı keks resepti
Şəkisayağı cücəli plov resepti
Ağ kələm turşusu resepti
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 