ONN İnformasiya Agentliyi

Bakıda müstəntiqi itlər parçaladı

Bakıda müstəntiqi itlər parçaladı
13 Noyabr 2017 - 17:57
Bakıda xidmət vaxtı polis müstəntiqini küçə iti dişləyib.
ONN media Report-a istinadən xəbər verir ki,  hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, Səbail rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Anar Miralayev küçə itlərinin hücumuna məruz qalıb. Heyvanlardan biri A.Miralayevin sağ ayağının dizdən aşağı hissəsini gəmirərək parçalayıb.
Xəsarət alan müstəntiq xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub və yarasına 24 tikiş qoyulub.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png