ONN İnformasiya Agentliyi

Bakıda supermarketdən külli miqdarda pul OĞURLANDI

Bakıda supermarketdən külli miqdarda pul OĞURLANDI
24 Aprel 2020 - 18:41

Aprelin 23-nə keçən gecə Bakının Binəqədi rayonundakı “Neptun” supermarketlərindən birində külli miqdarda oğurluq hadisəsi baş verib.

ONN media bildirir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Naməlum şəxsin qapıdakı dəmir barmaqlığı kəsməklə, Biləcəri qəsəbəsində yerləşən “Neptun” supermarketinə daxil olaraq, 8 000 manat pulu oğurladığı məlum olub.

Oğurluq hadisəsi 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Qeyd edək ki, ötən gün ərzində Daxili İşlər Nazirliyinin paytaxt şöbələrinin əməkdaşları tərəfindən 22 oğurluq faktı qeydə alınıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png