ONN İnformasiya Agentliyi

Bakıda yaşayış evi partladı- Yaralanan var

Bakıda yaşayış evi partladı- Yaralanan var
27 Noyabr 2018 - 11:21

Bakıda fərdi yaşayış evində partlayış olub.

ONN media xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Gecə saatlarında 2-ci Alatava qəsəbəsi, 2 saylı evdə qaz sızması nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində evdə kirayədə yaşayan Cəlilabad rayon sakinləri İsmayılov Yasər Xanhüseyn oğlu və İsmayılova Zəminə Yusif qızı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində evin dam örtüyü yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png