ONN İnformasiya Agentliyi

“Baku Bus”ın avtobusunda tüstülənmə

“Baku Bus”ın avtobusunda tüstülənmə
23 Avqust 2019 - 13:38
“Baku Bus”a məxsus 88A nömrəli müntəzəm maşrut xətti üzrə hərəkət edən 99 JH 233 dövlət nömrə nişanlı avtobusunda tüstülənmə olub.
ONN media xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev “Report”a açıqlamasında məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, hadisə avqustun 22-də baş verib.
M.Ağayev bildirib ki, bu, texniki məsələdir: “Belə ki, bu, yağın axması nəticəsində əmələ gələn tüstülənmədir və texniki personalın müdaxiləsi ilə məsələ aradan qaldırılıb. Ümumiyyətlə, hazırda “Baku Bus” MMC-nın istismarında olan, eyni zamanda yeni alınan avtobuslarda yanğından mühafizə məsələsi çox ciddi şəkildə nəzərə alınıb. Avtobusların mühərrik hissəsində üçlü yanğın söndürmə sistemi mövcuddur”.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png