ONN İnformasiya Agentliyi

Ermənistan ordusu Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutdu

Ermənistan ordusu Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutdu
20 Yanvar 2018 - 17:34

Ermənistan ordusunun bölmələri Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub.

ONN media APA-ya istinadən xəbər verir ki,  yanvarın 20-də günorta saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib. Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.

Müdafiə Nazirliyi faktı təsdiq edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png