ONN İnformasiya Agentliyi

FHN: İtkin düşmüş balıqçının axtarışları davam etdirilir

FHN: İtkin düşmüş balıqçının axtarışları davam etdirilir
14 Oktyabr 2019 - 20:07

Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən  ONN media -ya bildiriblər ki, axtarışlara nazirliyin Aviasiya dəstəsinin bir helikopteri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar Xaçmaz rayonu sahillərindən 95 kilometr dənizin içinə doğru və sahilboyu ərazilərdə aparılıb. Nəticədə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png