Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ONN media-ya verdiyi məlumata görə fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün ilk günlərində hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 2-4 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 8-13, bəzi günlərdə 2-4 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-24 mm) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 0-3 dərəcə şaxta (gecələr 3-8, bəzi günlərdə 10-15, dağlarda 15-20 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 11-29 mm) gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 0-3 dərəcə şaxta (gecələr 0-5, bəzi günlərdə 8-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Orta aylıq temperaturun 0-3 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (15-36 mm) olacağı gözlənilir.



May ayında hava necə olacaq?
Aprel ayında hava necə olacaq?
Apreldə hava necə olacaq?
Mart ayında 21 dərəcə isti olacaq
Martda hava necə olacaq?
Yanvar ayının hava proqnozu-
Mayda hava necə olacaq?
Noyabrda hava necə olacaq?
İyunda temperatur 39 dərəcəyə çatacaq
Mayda hava necə olacaq? — AYLIQ PROQNOZ
Apreldə hava necə olacaq?
20 dərəcə şaxta, qar - Fevralın HAVA PROQNOZU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 