Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində aparılan birgə tədqiqatlar nəticəsində düyü kəpəyi zülalının hidrolizi əsasında əldə edilən kationik EQRPR peptidin xərçəng xəstəliyinə və COVID-19 infeksiyasına qarşı mübarizədə tətbiq oluna bilməsi və onların təsir mexanizmləri tədqiq edilib.
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsindən verilən xəbərə görə, tədqiqat işlərinə Azərbaycan tərəfindən Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev, AMEA-nın Biofizika İnstitutunun direktoru Oktay Qasımov, Bakı Dövlət Universitetinin professoru Niftalı Qocayev, Türkiyə tərəfindən isə professor Sevim Akuyuz rəhbərlik edir.
Aparılan kompleks tədqiqatlarda həm nəzəri (molekulyar dokinq, molekulyar mexanika), həm də eksperimental (Furye Çevirici İnfraqırmızı Spektroskopiya, Raman spektroskopiyası, Dairəvi dixroizm və Elektron Paramaqnit Rezonansı Spektroskopiyası) metodlardan geniş istifadə olunub. Bundan başqa, EQRPR peptidinin həm nöqtəvi D-izomer dəyişmələri, həm də tam D-izomer peptidləri sintez edilib və onların dərman xüsusiyyətlərinin dəyişməsi tədqiq edilib.
Qeyd edək ki, iki ölkənin alimləri tərəfindən ilk dəfə molekulyar dokinq metodunu tətbiq etməklə peptid və onların D-izomer analoqlarının ACE2, SARS-CoV-2 virusunun S- və Mpro zülalları ilə birləşmə kompleksləri göstərilib, həmçinin komplekslərin birləşmə konstantları hesablanaraq mümkün kliniki profilləri təyin edilib. Tədqiq olunan EQRPR peptidinin multifunksional olması göstərilib.
Mütəxəssislərin bildirdiyinə görə, peptid bir sıra mühüm inteqrinlərlə birləşə bilir. Bu da həm SARS-CoV-2 virusu infeksiyasına, həm də xərçəng xəstəliyinə qarşı mübarizədə geniş istifadə oluna bilər.
Mühüm nəticələrdən biri də multifunksional peptidin müxtəlif zülallarla birləşmə xüsusiyyətinin müxtəlif nöqtələrində D-izomer dəyişməsi aparmaqla modulyasiya edilə bilməsidir. EQRPR peptidinin ikincili quruluşu müxtəlif spektroskopik metodlarla, fəza quruluşu isə nəzəri əsaslarla hesablanıb. Eksperimental və nəzəri işlərdən alınan nəticələrin bir-biri ilə uğurlu şəkildə uzlaşması təqdirə layiqdir.
Ağciyər xərçəngi hüceyrələrində aparılan ilkin tədqiqatlarda EQRPR peptidinin hüceyrə membranı ilə qarşılıqlı təsirdə olduğu göstərilib. Layihə üzrə alınan mühüm nəticələr yüksək impakt faktorlu “Journal of Molecular Graphics and Modelling” beynəlxalq jurnalında çap olunan məqalədə (Evaluation of anti-cancer and anti-covid-19 properties of cationic pentapeptide Glu-Gln-Arg-Pro-Arg, from rice bran protein and its d-isomer analogs through molecular docking) öz əksini tapıb.
Mühüm kliniki və fundamental əhəmiyyətə malik olan tədqiqat işləri davam etdirilir.



Misir Mərdanova YÜKSƏK VƏZİFƏ VERİLDİ
AMEA-da bəzi kadr təyinatları oldu
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi Türkiyənin Abant İzzet Baysal Universiteti ilə əməkdaşlıq edəcək
AMEA-da BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza ilə görüş keçirilib
Ramiz Mehdiyev Yaqub Mahmudovu İŞDƏN ÇIXARDI VƏ...
AMEA institutunun iki əməkdaşı vəfat edib
Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçildi
AMEA Qarabağda tədqiqat işlərinə başladı
AMEA-da YENİ TƏYİNATLAR
AMEA "AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edir
Ramiz Mehdiyevin həyat yoldaşı vəzifəyə TƏYİN OLUNDU
Azərbaycanda dünya elmi üçün yeni olan məlumat əldə edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 