Böyük Britaniyanın “Medical Detection Dogs” qurumu çoban itlərinin koronaviruslu xəstələri müəyyənetmə qabiliyyətinə malik olduğunu bildirib.
“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, qurum artıq altı çoban iti üzərində sınaqlara başlayıb.
Türkiyənin Antalya şəhərində fəaliyyət göstərən Alman Çoban İtləri Birliyinin rəhbəri Boran Aydın K9 alman çoban itlərinin və labrador cinsi başda olmaqla fərqli cinslərdən olan itlərin koronavirus xəstələrinin aşkarlanmasında istifadə oluna biləcəyini deyib. Onun sözlərinə görə, bu heyvanlar əməliyyat-axtarış, bomba və narkotik axtarış tədbirləri zamanı istifadə edilir və çox həssas olduqları üçün COVID-19-a yoluxan şəxsləri asanlıqla aşkarlaya bilərlər.
B.Aydın bildirib ki, ev itləri belə sahiblərinin hansısa xəstəliyi olanda və ya onlar ağrıyanda bunu hiss edərək həmin bədən hissəsini qoxulamağa, yalamağa başlayırlar.
O, “hökumət razılıq verərsə, virusu aşkarlamaq üçün itlərimizə məmnuniyyətlə bu istiqamətdə təlim keçə bilərik” deyib.
Baytar həkimi İlqaz Öztürkün sözlərinə görə, koronaviruslu xəstələrin tüpürcəyində və ya sidiyində hər hansı qoxu dəyişikliyi varsa, itlər bunu müvəffəqiyyətlə aşkar edə bilərlər



Azərbaycandan 12 ölkəyə axtarış itləri göndərildi - Birinin qiyməti 15 min avrodur
Uşağa hücum edən itlə bağlı xəbər var
Dəhşətli qətliam- Onlarla çoban qətlə yetirildi
Göygöldə dəhşətli olay: onlarla qoyun tələf oldu - Çoban yaralandı
İŞÇİ AXTARILIR: aylıq maaş 10 MİNDİR
İranla sərhəddə əməliyyat: çoban saxlanıldı
Dünyanın ən ağıllı itləri hansıdır?
Laçında çoban minaya düşdü
Saatlıda çoban güllələnərək qətlə yetirildi
ABŞ COVID-19-u bu dərmanlarla müalicə edəcək
Türk həkimlər koronavirusun müalicəsində İLKƏ imza atdılar
Qəribə YENİLİK- İti hürənlər cərimələnəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 