Bu ilin avqust ayı son onilliklərdə müşahidə etdiyimiz avqustun qızmar və quraq havasından xeyli fərqlidir. Əgər son dövrlərdə yüksək temperatur rekordları məhz avqust ayında yenilənirdisə, bu ilin avqustu mülayim keçir, temperatur norma daxilində tərəddüd edir, bəzi günlərdə isə hətta normadan bir qədər aşağı enir. ONN media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O qeyd edib ki, bir çox rayonlarda və Abşeron yarımadasında avqust ayının 1-ci və 2-ci ongünlüyündə düşən yağıntının miqdarı ay ərzində düşən yağıntının miqdarından çoxdur. Məsələn, Abşeron yarımadasında aylıq normadan 2 dəfəyədək çox yağıntı düşüb, Sabirabadda düşən yağıntı aylıq normanın 183, Tərtərdə 168, Salyanda isə 141 faizini təşkil edib. “Çoxillik meteoroloji müşahidələrə görə avqust ayında Azərbaycan ərazisində yağmurlu günlərin sayı orta hesabla 4 gün olurdusa, bu il yağmurlu günlərin sayı daha çox olub. Məsələn, Balakən-Şəki zonasında 12 gün, Mərkəzi-aranda 8 gün, Qazax-Gəncə zonasında isə 9 gün hava yağışlı olub. Bu kimi proseslər son onilliklərdə iqlim dəyişmələri fonunda artan anomal hidrometeoroloji hadisələrinin təzahürüdür. Xatırlatmaq istərdim ki, hələ yazda NASA və digər beynəlxalq iqlim mərkəzlərinin yaydığı məlumatlara istinadən bu ilin yay fəslində Azərbaycanda da rekord istilərin olacağı haqqında məlumatlar verilmişdi. O zaman bizim mütəxəssislər qeyd etmişdir ki, bu cür proqnozlar qlobal modellər əsasında hazırlandığına görə, onları birbaşa aksioma kimi ölkəmizə şamil etmək düzgün olmaz. Eyni zamanda nəzərə alınmalıdır ki, dünya təcrübəsində ümumiyyətlə uzunmüddətli proqnozların özünü doğrultması yüksək olmur”. U.Tağıyeva onu da bildirib ki, avqustun 21-i axşamdan 24-dək ölkə ərazisində hava yenidən qeyri sabit keçəcək. Havanın temperaturu 8-10 dərəcə aşağı enərək Bakıda 21-26 dərəcəyə yaxın olacaq. Şimal küləyi güclənəcək, rayonlarda leysan xarakterli yağış yağacaq.
Bu ilin avqustu xeyli fərqlidir - Umayra Tağıyeva



Yağmurlu hava nə vaxta kimi davam edəcək? - Umayra Tağıyevadan AÇIQLAMA
Umayra Tağıyevadan hava şəraiti ilə bağlı AÇIQLAMA
Bu ay temperatur normadan yüksək olacaq - Tağıyeva
Dekabr ayında hava necə olacaq?
Nazirlik: İndiki istu hava iyul, avqust üçün səciyyəvidir
Qışın mülayim keçməsinin səbəbləri... - Açıqlama
Yağıntılı hava nə qədər davam edəcək? - Açıqlama
İyunda hava necə olacaq? - RƏSMİ AÇIQLAMA
Umayra Tağıyevadan hava ilə bağlı AÇIQLAMA
Qarlı hava nə vaxta qədər davam edəcək?
Avqust ayında hava necə olacaq?
Ən çox yağıntı hansı əraziyə düşüb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 