Sərt karantinin uzadılmasına ehtiyac yoxdur. Hətta düşünürəm ki, karantin vaxtından tez yumşaldılmalıdır. ONN media bildirir ki, bunu açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev deyib. “Artıq gündəlik yoluxma sayında da azalma var və mərhələli şəkildə yumşalma olmalıdır. Burada vətəndaşların sosial durumu və psixoloji vəziyyəti də nəzərə alınmalıdır”, - o bildirib. Vaksinasiya ilə bağlı danışan Aydın Əliyev onu da qeyd edib ki, vətəndaşlara qeydiyyatda olduğu əraziyə görə deyil, faktiki yaşayış yerinə yaxın tibb müəssisəsində vaksin vurulması üçün şərait yaradılmalıdır: “Vaksinasiya strategiyası hazırlanırdı, yəqin ki, yaxın vaxtlarda açıqlanacaq. Birinci növbədə risk qrupları, yəni yoluxanda ağır keçirmə ehtimalı olan yaşlı şəxslər və koronalı xəstələrlə daha çox kontakda olan tibb işçilərinə vaksin vurulmalıdır. Yaşlı şəxslər arasında yanaşı ağır xəstəliyi olan, orqan transplantasiyası olmuş, onkoloji xəstəliyi olan şəxslər də nəzərə alınmalıdır. Həmçinin bütün xəstəxanalar vaksinlə təmin edilməli və insanlara faktiki yaşayış yerinə yaxın tibb müəssisəsində qeydiyyatdan keçmək imkanı yaradılmalıdır”. Aydın Əliyev dolğu və silikon etdirən şəxslərdə koronavirus peyvəndinin əks-reaksiya verməsi ilə bağlı məlumatlara da münasibət bildirib: “Düzdür, dolğu və silikondan istifadə edən şəxslərdə vaksinin əks-reaksiya verməsi barədə məlumatlar eşidirik. Lakin bununla bağlı dəqiq elmi araşdırma yoxdur. Düşünmürəm ki, bu deyilənlərin tibbi əsası var”.(axar.az)
Karantin 18 yanvardan daha tez yumşaldılmalıdır - Həkim



“Ölkədə ayrı virus yayılıb, bu, koronavirus deyil“ - Rəşid Mahmudov
Kişilər koronavirusu niyə daha ağır keçirirlər?
Bu təhlükə Azərbaycanın bir addımlığında - VACİB XƏBƏRDARLIQ
Azərbaycanda karantin sərtləşdiriləcək? - AÇIQLAMA
Karantin ləğv edilə bilər - Açıqlama
Vaksinasiya ilə bağlı poliklinikalarda SON DURUM
Vaksin və İmmunitet sertifikatlarının müddətləri uzadılır - QƏRAR
Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Karantin nə qədər uzadıla bilər? - Açıqlama
Bakıya giriş-çıxış bir müddət də bağlı qala bilər - SƏRT KARANTİN
Birinci doza vaksin vurduranların nəzərinə: Diqqətli olun!
Sərt karantin gəlir? - İnfeksionist açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 