Ölkə ərazisində avqustun 6-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 25-27°, gündüz 30-35° isti təşkil edəcək.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) mülayim şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Cənub çimərliklərdə (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəzlənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu 26-27° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava şəraiti əsasən yağmursuz keçəcək, Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 33-38° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 22-27° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Axşama doğru tədricən kəsiləcək. Şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 14-17°, gündüz 23-28° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-26°, gündüz 30-35° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacaq.



Sabah hava necə olacaq?
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Sabahın hava proqnozu açıqlanıb
Yağış, dolu, külək - SABAHIN HAVASI
Sabah HAVA necə olacaq?
Sentyabrın ilk günü hava necə olacaq?
Sabahın havası açıqlandı
Həftənin ilk iş günü hava necə olacaq?
Sabah rayonlarda leysan gözlənilir
Dənizə getmək istəyənlər MÜTLƏQ OXUYUN
Sabah hava necə olacaq?
Bakıda təmir gedən yollar açıqlandı
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
MİQ imtahanının başlayacağı tarix açıqlandı
Boksun əfsanəsi Bakıya gəlir
Pərvin ağır xəstəliyini açıqladı
Sabah 37 dərəcə isti olacaq
ABŞ İrana qarşı yeni hava əməliyyatı keçirib
Xırdalanda 20 yaşlı oğlanın meyiti tapıldı
DÇ: 1/4 final Fransa - Mərakeş matçı ilə başlayır
Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi
İnfarkt və insulta səbəb olan əsas yeməklər
Avropa çempionatı: Millimiz yarışı beş medalla başa vurdu
Bu şəxslər işləmədikləri halda maaş alacaqlar
İran bu ölkələri hədələdi
Gənclər psixoloqlara üz tutur: “uşaqlıq travması” nədir? 