Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ləğv olunacaq, Səadət Sarayı (Bakı nikah evi) də fəaliyyətini dayandıracaq.
ONN media xəbər verir ki, bu, Prezident İlham Əiyevin yanvarın 17-də imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında əksini tapıb.
Fərmana əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğum, ölüm, - nikah, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi və adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi xidmətləri yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
İndiyə qədər bu xidmətlər Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində həyata keçirilib.
Ədliyyə Nazirliyinə tapşırılıb ki, ümumi say həddi daxilində işçilərinin ümumi say həddinin azaldılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Eyni zamanda nazirlik həmin işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görməli və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Qeyd edək ki, Ədliyyə Nazirliynin saytında 75 rayon (şəhər) qeydiyyat şöbəsinin adı var.
///BakuPost



Daha bir komitənin səlahiyyəti azaldıldı
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün rüsum ləğv edildi
Vətəndaşlıq vəziyyəti ilə bağlı aktların qeydiyyatı yeni qaydada aparılacaq
Bu xidmətləri yalnız “ASAN” göstərəcək - SİYAHI
Əli Əsədovdan nikahla bağlı qərar
Nikahın qeydə alınması və pozulmasına görə olan rüsumlar artırılır
Karantin dövründə ən çox uşaq bu rayonda doğulub
TƏBİB-ə yeni səlahiyyət verildi
Yeni agentlik yaradılır - FƏRMAN
Azərbaycanda notarius ləğv edilir?
On rayonun sakinlərinə xoş xəbər
Bu nazirliyin səlahiyyətləri artırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 