Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə "Su sayğaclarının quraşdırılması müraciəti" adlı yeni elektron xidməti istifadəyə verib.
Bu barədə ONN media-ya “Azərsu” ASC-dən bildirilib.
Məlumata görə, bu xidmət vasitəsilə istehlakçılar su sayğacının quraşdırılması üçün müraciət edə bilərlər. Bunun üçün vətəndaşlar www.azersu.az saytında "Su sayğaclarının quraşdırılması müraciəti" bölməsini seçməli və şəxsiyyət vəsiqəsinin PİN kodu ilə giriş əldə etməlidir. Müraciət edən şəxs tərəfindən aşağıda qeyd edilən məlumatlar sistemə elektron formada daxil edilməlidir:
Abonent kodu
Müraciətin səbəbi
Müraciət edənin əlaqə telefonu
Müraciət edənin elektron poçt ünvanı
Müraciətlə bağlı qeydlər.
Xidmətdən istifadə etmək üçün sistemə doğru məlumatlar daxil edilməlidir. Əks halda müraciət etibarsız sayılır və sorğunun icrasından imtina edilir.
Məlumatlar daxil edildikdən sonra müraciət qeydiyyata alınaraq icra olunması üçün “Azərsu” ASC-nin müvafiq sukanal idarəsinə yönləndirilir. Burada müvafiq iş əmri yaradılaraq müraciət icraya yönəldilir. İş icra edildikdən – sayğac quraşdırıldıqdan sonra iş əmri (sayğac quraşdırma aktı) tərtib edilir və bir nüsxəsi abonentə təqdim edilir. Yeni xidmət ödənişsiz əsaslarla həyata keçirilir.
Qeyd edək ki, hazırda bu xidmətin “Elektron hökumət” portalına www.e-gov.az inteqrasiyası üzərində iş aparılır. Yaxın gələcəkdə vətəndaşlar www.azersu.az saytı ilə yanaşı, www.e-gov.az portalı vasitəsilə də bu xidmətdən istifadə edə biləcəklər.



“Azərsu” daha bir xidmətini elektronlaşdırdı
Bu “Azərsu əməkdaşı" vətəndaşları aldadır
Sizə "Stop" qoyulub qoyulmadığını belə öyrənin
Dövlətdən sosial yardım almaq istəyənlərə ŞAD XƏBƏR - Bundan sonra...
Bu il ərzində “Azərsu”ya 26850 müraciət edilib
Su sayğacları ilə bağlı araşdırmalara dair qərar qəbul edilib - RƏSMİ
Ev almaq istəyən dövlət qulluqçularının DİQQƏTİNƏ
İcaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirildi
“Azərsu” əməkdaşı döyüldü
DİM-dən buraxılış imtahanı ilə bağlı xəbər var
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlərin nəzərinə...
Yanvar-aprel ayları ərzində Energetika Nazirliyinə 599 müraciət daxil olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 