“Azərsu” ASC istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə "Borcun araşdırılması üzrə müraciət" adlı yeni elektron xidməti istifadəyə verib. Qurumdan ONN media -ya verilən məlumata görə, bu xidmət vasitəsilə istehlakçılar faktura borcunun araşdırılması üçün müraciət edə bilərlər. Elektron xidmətin göstərilməsi nəticəsində istehlakçının borcu dəqiqləşdirilir. Xidmətdən www.e-gov.az portalında qeydiyyatdan keçmiş vətəndaşlar istifadə edə bilər. Bunun üçün portalın xidmətlər bölməsində “Azərsu” ASC, daha sonra "Borcun araşdırılması üzrə müraciət" adlı elektron xidməti seçilməlidir. Müraciətin qeydiyyata alınması üçün aşağıda qeyd edilən məlumatlar sistemə elektron formada daxil edilməlidir. Abonent kodu Xətalı faktura nömrəsi Müraciət səbəbi (Sayğac göstəricisinin səhv oxunması, Aşağı göstərici, Xidmət növünə etiraz) Faktura nömrəsinə uyğun informasiya sistemində qeydiyyatda olan aşağıdakı məlumatlar ekranda göstərilir. Sayğacın nömrəsi Plombun nömrəsi Sayğacın son göstəricisi Sayğac şəklinin fayl formasında yüklənməsi (pdf,jpg,jpeg,png formatında) Müraciət edənin telefon nömrəsi Müraciət edənin elektron poçt ünvanı Sayğacın şəklində istehsal nömrəsi və göstəricisi aydın görsənməlidir. Ünvanda bir neçə sayğac olduğu halda hər bir sayğacın məlumatı və şəkli ayrılıqda daxil edilməlidir. Abonentin elektron müraciəti qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə“Azərsu”nun müvafiq sukanal idarəsinə icraya göndərilir. Borcun yaranmasına səbəb olan xətalı məlumatlar araşdırılır, təqdim olunan sayğac göstəricisinin yerində yoxlanılmasına ehtiyac yarandıqda müvafiq iş əmri yaradılır. Araşdırmanın nəticəsindən asılı olaraq abonentin borcuna düzəliş edilməli olduğu hallarda sənədlər “Azərsu”nun istehlakçılardan daxil olmuş ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyasına göndərilir. Müraciət əsaslı olduğu halda istehlakçının borcuna düzəliş edilir, əsassız olduqda isə düzəliş aparılmır və istehlakçıya bu barədə məlumat verilir. Elektron müraciətlərin icrası cari ayda yaranmış fakturalarda 15 iş günü, əvvəlki dövr fakturalarında borcların araşdırılması 1 ay müddətdə aparılır.
“Azərsu” daha bir xidmətini elektronlaşdırdı



“Azərsu”dan YENİLİK
“Azərsu” əməkdaşı döyüldü
Kod-parolun məhdudlaşması - Dövlət Vergi Xidməti
“Azərsu” elan etdi: su pulu belə hesablanacaq
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən YENİLİK
Yeni nazirin ilk işi: sahibkarlara müraciət
İpotekanın dövlət qeydiyyatı necə həyata keçirilir?
YENİLİK! Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək
Artıq dövlət rüsumunu ən rahat yolla öyrənmək mümkün olacaq
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlərin nəzərinə...
Azərbaycanda bu xidmətlər QADAĞAN EDİLDİ
"Asan xidmət"ə yeni SƏLAHİYYƏT verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 