ONN media xəbər verir ki, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Energetika Nazirliyinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və qazla təchizatı ilə əlaqədar 599 ərizə və müraciət daxil olub. 87 müraciət “Qaynar xətt” (“Onlayn müraciət”), 512 müraciət isə poçt vasitəsilə qəbul edilib.
Vətəndaşlardan ən çox daxil olan müraciətlər elektrik enerjisi təchizatı ilə əlaqədar məsələləri əhatə edib. Belə ki, 181 müraciətdən 45-i elektrik sayğaclarının quraşdırılması və ödənişlərin hesablanmasında borcun yaranması, 56-sı enerji təchizatı şəbəkəsinə qoşulma üçün texniki şərtlərin verilməsi, 80-i isə elektrik enerjisinin verilişi ilə bağlı olub.
2018-ci ilin 4 ayı ərzində qaz təchizatı ilə bağlı 152 müraciət qeydə alınıb. Bunlardan 83-ü qaz xəttinə qoşulma, sayğaclarının quraşdırılması və izafi borcun yaranması, 69-u isə qazın verilişinə dair olub.
İstehlakçılar tərəfindən nazirliyə daxil olan bütün müraciətlər müəyyən olunmuş qaydada nazirlik tərəfindən araşdırılıb, mahiyyəti üzrə təhlil edilərək lazımi tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib və icra olunub. Bəzi müraciətlər icraya nəzarət çərçivəsində nazirliyin nümayəndələrinin iştirakı ilə yerində yoxlanılıb və cavablandırılıb. Bütün ərizə və müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, elektrik enerjisindən və qazdan istifadə qaydalarına, elektroenergetika və qaz təchizatı haqqında mövcud qanunvericiliyə uyğun olaraq icra edilib.
Vətəndaşların müraciətlərinə baxılması işinin çevik və səmərəli təşkili məqsədilə nazirliyin rəsmi internet səhifəsində rəhbərliyin qəbulu qrafiki yerləşdirilib. Bu xidmətdən faydalanan vətəndaşlar nazirliyin məsul işçiləri tərəfindən qəbul edilərək şikayətləri dinlənilib, problemləri araşdırılaraq həll edilib.
Energetika Nazirliyi vətəndaşların şikayətlərinə obyektiv baxılması, problemlərin düzgün və operativ araşdırılmasında şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsini daim diqqətdə saxlayır və abonentlərə qarşı sui-istifadə əməllərinin qarşısının alınması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün öz işini davam etdirir.



Elektrik xəttində qəza baş verib
2018-ci ilin iyun ayı üzrə Texniki Şuralara 114 müraciət daxil olub
2018-ci ilin iyul ayı üzrə Texniki Şuralara 135 müraciət daxil olub
Ötən ay Texniki Şuralar vasitəsilə 185 müraciətə baxılıb
“Azərişığ”a 20 mindən çox müraciət daxil olub
Elektrik və qazpaylayıcı şəbəkələrə qanunsuz qoşulma halları azalıb
Fevralda “Azərişıq”a müraciət edən sahibkarların sayı 2 dəfə artıb
Bu ərazilərdə elektrik enerjisinin verilişi dayandırıldı
Borcu olanların işığı kəsiləcək – Xəbərdarlıq
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun iclası keçirilib
Abşeron və Sumqayıtın bir hissəsinə elektrik enerjisi verilişi dayandırıldı
Asan xidmətdə daha bir yenilik
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 