"Belə hava şəraiti aprel ayı üçün səciyyəvi deyil və son 30 ildə Azərbaycanda müşahidə edilməyib".
ONN media xəbər verir ki, bu barədə ONA-ya Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
O bildirib ki, havanın mövsümə görə soyuq keçməsinin səbəbi soyuq Şərqi Avropa düzənliyi üzərində aktiv hava kütlələrinin hakim olmasıdır:
"Bu hava, adətən, Şimal buzlu okean üzərində, Skandinaviya, Qrenlandiya üzərində formalaşır və şimal-qərbdən Azərbaycana daxil olur. Beləliklə, bütün Şərqi Avropa düzənliyini, Moskva ətrafını, Rusiyanın mərkəzi rayonlarını tamamilə əhatə etdiyinə görə bunun bir hissəsi də antisiklon vəziyyət yaradır və bizim ərazimizə daxil olur. Fərqli cəhəti odur ki, bu, bir qədər uzun çəkdi, çünki bir hava kütləsi bizdə, adətən, bir-iki gün hakim olur. Ancaq bu il aprelin 19-da başlayıb, təqribən 24-25-nə qədər də ərazimizdə bu hava kütləsinin hakim olmasını gözləyirik. Yağış yağacaq, orta dağlıq ərazilərdə qar yağması da müşahidə ediləcək. Sabah küləyin artması da müşahidə edilə bilər ki, bu da aprel ayı üçün səciyyəvi deyil".
Direktor müavini belə hava şəraitinin meyvəçiliyə ziyanından danışıb: "Ağaclar vaxtında ayılıb, çiçək açıb. Məsələn, alça, ərik, badam bunlar bir az qabaq çiçək açıb deyə, onlara heç nə olmayacaq, alma-armud isə indiki dövrdə çiçək açıb deyə onların hamısı məhv olacaq. Havanın taxılçılığa, pambıqçılığa, bir illik bitkilərə mənfi təsiri yoxdur. Ağac bitkilərin, xüsusən çəyirdək meyvəçiliyə böyük zərəri var".
Fəlsəfə doktoru bildirib ki, iqlim dəyişmələri prosesi ilə dəyişkən havaları izah etmək olmaz:
"Müəyyən ərazilərdə istiləşmə olduğu kimi, müəyyən ərazilərdə də soyuqlaşma müşahidə oluna bilər. Lakin mülayim dəniz aktiv hava kütlələrinin bir az uzun müddətə ölkədə qalmasını, sadəcə, ümumi iqlim fonu ilə izah etmək lazımdır. İqlim dəyişmələri oldu, aprel soyuq keçdi, iqlim dəyişmələrinə görə hava soyuq keçməsin i izah etmək elimdən kənar məsələdir. Aktiv hava kütlələri, yəni kontinental aktiv və dəniz aktiv hava kütlələri bütün Avropanın şərq hissələrini tutduğu, Avropanın şimalında paralel istiqamətdə dağlar olmadığı üçün onlar sərbəst şəkildə daxil olurlar. Bu hava kütlələri bizim əraziyə Qara dənizdən keçərək, Gürcüstandan gəlir, hava şəraitinin soyuq olmasına səbəb olur".



Havalar niyə sərin keçir? - Mütəxəssis fantastik iddialara cavab verdi
May ayında baş verən anomal soyuqların səbəbləri açıqlanıb
Azərbaycanda son 10 ilin ən isti oktyabrı yaşanır (ÖZƏL)
Temperatur 10 dərəcə enəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanda quraqlıq gözlənilir - XƏBƏRDARLIQ
Azərbaycana isti havalar gəlir
Oktyabr niyə isti keçir? - Açıqlama
Havalar niyə soyuq keçir?
Dumanlı hava şəraiti nə vaxta qədər davam edəcək?
Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?
Bakının iqlimi dəyişir? - Akademikdən VACİB AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 