Azərbaycanda son 10 ilin ən isti oktyabrı müşahidə edilir.
ONN media Trend-ə istinadla xəbər verir ki, bunu özəl olaraq Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
M.Həsənovun sözlərinə görə, hazırkı isti hava şəraiti Azərbaycanda sonuncu dəfə 2006-2007-ci illərin oktyabr ayında müşahidə edilib:
"Həmin ildə də oktyabrda havanın temperaturu demək olar ki, builki həddə olub".
Mütəxəssis hazırda mülayim hava şəraitinin müşahidə edilməsinin səbəbini ölkə ərazisində cənub istiqamətli hava kütlələrinin hakim olması ilə izah edib:
"Oktyabr ayının əvvəllərində də belə bir proqnoz verildi ki, bu ay orta temperatur normadan 1-2 dərəcə yüksək olacaq. Belə hava şəraiti təqribən oktyabrın 26-27-dək davam edəcək. Hazırkı mülayim hava şəraiti oktyabr üçün səciyyəvi deyil".
Qeyd edək ki, Azərbaycanda ötən həftənin sonlarından isti hava şəraiti müşahidə edilir.
Sinoptiklərin verdiyi məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 21-24, rayonlarda 22-27 dərəcə isti olacaq.



Oktyabr niyə isti keçir? - Açıqlama
Azərbaycana isti havalar gəlir
Azərbaycanda quraqlıq gözlənilir - XƏBƏRDARLIQ
Azərbaycanda müşahidə olunan isti havanın səbəbi
Naxçıvanda 42 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
Temperatur 20 dərəcəyədək artacaq - Anomal istilər gəlir
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
Ən çox yağıntı hansı əraziyə düşüb?
İstirahət günlərinin HAVA PROQNOZU açıqlanıb
Bu ərazilərdə 43 dərəcə isti olub
Azərbaycanda son 30 ilin ən soyuq apreli - SƏBƏB AÇIQLANDI
Nazirlik: İndiki istu hava iyul, avqust üçün səciyyəvidir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 