UEFA Avropada futbolun inkişafı üçün rekord məbləğdə qrant ayıracaq.
ONN media qurumun rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar UEFA-nın bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən 42-ci Konqresində qəbul olunub.
UEFA-nın 2020 – 2024-cü illərdə “HatTrick V” inkişaf layihəsi üçün 55 milli assosiasiyaya, ümumilikdə, 775,5 milyon avro ödəniləcək. Nəticədə hər bir assosiasiya, o cümlədən AFFA 4 il ərzindən 14,1 milyon avro alacaq.
Bu məbləğ 2016 – 2020-ci illəri əhatə edən və 600 milyon büdcəsi olan əvvəlki layihəni 30 faiz üstələyir.
Həmçinin Konqresdə ispaniyalı Xuan Luis Larrea Sarobe bir il müddətinə UEFA İcraiyyə Komitəsinin üzvü, macarıstanlı Şandor Çanyi isə eyni müddətə FIFA-nın vitse-prezidenti seçilib.
Ş.Çanyinin təyinatı ilə əlaqədar UEFA-nın 2019-cu il Konqresinədək onu FIFA Şurasında Fernandu Qomeşin əvəzlməsi qərara alınıb.
Avropa Peşəkar Futbol Liqasının (EPFL) təmsilçisi Lars-Krister Olsson 2021-ci ilə qədər UEFA İcraiyyə Komitəsinin tamhüquqlu üzvü kimi təsdiqlənib.
Konqres UEFA prezidentinin, administrasiyasının və İcraiyyə Komitəsinin məruzələrini bəyənib, 2016/2017 mövsümünün maliyyə hesabatını öyrənib və 2018/2019 mövsümü üçün büdcəni təsdiq edib. Eləcə də UEFA Nizamnaməsinə təklif edilən düzəlişlər təqdir olunub.
UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 24-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Qurumun növbəti Konqresi isə 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romada olacaq.



UEFA AFFA-ya 17 milyon ödəyəcək
UEFA-nın yeni vitse-prezidenti Bakıda təyin edildi
AVRO-2020: Bilet sifarişində REKORD qeydə alındı
UEFA hansı məsələləri müzakirə edəcək? - Bakıda BİR İLK
"Qarabağ"FK Avropa Liqasından nə qədər qazanıb?
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
UEFA "Qarabağ"a 4 milyon avro ayırdı
ÇL: “Qarabağ” bu mərhələni adlasa nə qədər qazanacaq?
"Avro-2020"nin adı ilə bağlı SON QƏRAR
Klublarımız UEFA-dan nə qədər vəsait əldə edib?
UEFA "Qarabağ"a nə qədər pul ödədi?
SON DƏQİQƏ: Futbol dünyası şokda - Tarixi qərar qəbul edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 