Qarışıq döyüş növləri üzrə yüngül çəkidə UFC versiyası üzrə dünya çempionu, yarıyüngül çəkidə sabiq dünya çempionu Konor Entoni MakQreqor böyük qalmaqala səbəb olub.
ONN media bildirir ki, 29 yaşlı irlandiyalı döyüşçü, əvvəllər peşəkar boksçu olmuş Konor MakQreqora qarşı Nyu-York Polis Departamenti (NYPD) cinayət işi qaldırıb, istintaq gedir.
Səbəb isə onun aprelin 7-də keçiriləcək UFC çempionatının iştirakçılarına hücum etməsidir.
Bu barədə məlumatı və videonu ESPN-nin reportyoru Brett Okatomo yayıb.
UFC-nin prezidenti Deyna Uaytın dediyinə görə, MakQreqorun həbsinə artıq order hazırlanır.
Aprelin 6-də K.MakQreqor Nyu-Yorkun Bruklin səmtindəki "Barclays Center"də UFC döyüşçülərinin olduğu avtobusa hücum edib. Ona rusiyalı UFC döyüşçüsü Artyom Lobom da dəstək verib. Konor dəmir məhəccərin bir hissəsini qopararaq avtobusa atıb, şüşələri sındırıb. Amerikalı UFC döyüşçüsü Maykl Kyeza olayda yaralanıb.
İrland çempionun sinirlənməsinə səbəb onun UFC çempionu titulundan məhrum olunmasıdır. Konor MakQreqor uzun müddətdən bəri titulunun müdafiəsi ilə bağlı döyüşlər keçirməyib. Daha doğrusu, Konor 2016-cı ildən bəri belə döyüş təşkil etməyib.
K.MakQreqor Twitter akkauntunda yazıb: "Əlimdən heç nəyi ala bilməzsiniz".
UFC prezidenti Deyna Uaytın dediyinə görə, Həbib Nurmaqomedovla Maks Hellouey arasında absolyut çempion titulu uğrunda döyüşdən əvvəl M.MakQreqor rəsmi olaraq çempion titulundan məhrum ediləcək.
Deyna Uaytın dediyinə görə, Nurmaqomedov-Hellouey döyüşünün qalibinin Konor MakQreqorla qarşılaşmasını istərdi.
Həbib Nurmaqomeqodun rəqibi amerikalı Toni Ferqüsson olmalı idi. Lakin Toni məşqdə dizini zədələdiyi üçün döyüşdən imtina edib. Onun əvəzinə rinqə Maks Hellouey çıxacaq.
Rusiya və İrlandiya vətəndaşı olan Artyom Lobov Nyu-Yorkdakı oteldə H.Nurmaqomedovla dalaşmağa çalışıb. Sabah o, amerikalı Aleks Kasereslə rinqə çıxmalı idi. Lakin qalmaqala görə A.Lobov turnirdən kənarlaşdırılıb.
UFC-nin ən məşhur və populyar döyüşçülərindən olan K.MakQreqor qarışıq döyüş stilində peşəkar rinqdə 24 döyüş keçirib, 21 dəfə qalib gəlib, 3 dəfə məşğul olub. UFC tarixində ilk dəfə o, eyni vaxtda 2 çempion kəmərinə yiyələnib.



Həbiblə Makqreqor yenidən RİNQƏ ÇIXACAQ?
Konor etiraf etdi: “Həbib fenomenal döyüşçüdür”
Konor Makqreqor ELAN ETDİ: hazır olun...
"Həbiblə döyüşdən 3 həftə əvvəl ayağımı qırdım" - Konor
Konor və Həbib arasında revanş döyüşü ola bilər?
Həbibdən İNANILMAZ ADDIM
Konora Moskvada butulka atdılar — VİDEO
Həbibin mükafatı verilməyəcək- SƏBƏB NƏDİR?
Həbibdən Konora ÜZÜCÜ CAVAB
Konordan pərəstişkarlarına ÜZÜCÜ XƏBƏR
Makqreqor və Nurməhəmmədov yenidən qarşı-qarşıya gəldi
Həbib və Makqreqor arasında QIZĞIN DAVA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 