DİN Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynovun ONN media-ya verdiyi məlumata istinadən bildirir ki, bu yaxınlarda Sərhədçi İdman Olimpiya Mərkəzində çerlidinq üzrə Bakı birinciliyi keçirilib. Yarışda 6 komandanı təmsil edən müxtəlif yaş qruplarından 300-ə yaxın gimnast iştirak edib.
Turnir 50-yə yaxın idmançı ilə qatılan DİN İdman Cəmiyyətinin komandası üçün də uğurlu olub. Komandamız II yerə layiq görülüb, gümüş medal qazanıb
Qeyd edək ki, komandamızı bu yarışa DİN İdman Cəmiyyətinin əməkdaşı Alla Vlasova hazırlayıb. Azərbaycan Çerlidinq Federasiyasının Prezidenti, əməkdar məşqçi, idman ustası A.Vlasova artıq uzun illərdir ki, gənc gimnastların peşəkar idmançı kimi yetişməsində öz biliklərini onlara aşılayır.
Yarış təəsüratlarını bizimlə bölüşən A.Vlasova bildirdi ki, ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə edilib. 1994-cü ildən Bakıda çerlidinq bir çox idman növləri üzrə keçirilən mötəbər yarışlar zamanı dəstək qrupları kimi çıxış etməyə başlayıb. Qısa vaxtda bu idman növü gənclər arasında populyarlaşdı. 2016-ci ilin iyun ayında Azərbaycanda Çerlidinq üzrə ilk birinciliyi Sərhədçi İdman Olimpiya Kompleksində, növbəti ölkə birinciliyi isə ötən ilin aprelində DİN İdman Cəmiyyətində 2017-ci ilin aprel ayında keçirilib.
Hazırda Cəmiyyətddə bədii gimnastika və çerlidinq üzrə məşğələlərdə 3-12 yaş qruplarında 60-dan yuxarı gimnast hazırlaşır. Onların əksəriyyəti polis övladlarıdır.
Əməkdar məşqçi valideynlərə də müraciət edərək övladlarının və gənclərimizin sağlam həyat tərzi sürməsi, onlara sağlam həyat bəxş etmək üçün mütəmadi olaraq idmana vaxt ayırmalı olduqlarını dedi.



Güləş üzrə Bakı çempionatında DİN-in İdman Cəmiyyətinin komandaları yüksək nəticələr göstəriblər
DİN İdman Cəmiyyətinin yetirməsi bürünc medal qazanıb
DİN-in idmançıları yarışda qalib olublar
Daxili Qoşunların hərbi qulluqçuları bayram günündə bayrağımızı yüksəltdilər
DİN İdman Cəmiyyətinin yetirmələri qalib oldular
Nazir idmançılara mükafat verdi
Çempionatdan medalla qayıtdılar
Avropa çempionatından idmançılarımız vətənə mükafatla qayıtdılar
12-ci dəfə kuboka sahib oldular
Ulu öndərin xatirəsinə həsr olunmuş yarışlar davam edir
Təmsilçilərimiz dünyanın ən sərrast atıcıları ilə yarışdılar
Həm kubok qazandı, həm də vəsiqə...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 