DİN Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynovun ONN media -ya verdiyi məlumata görə, may ayının 7-dən 13-dək Qəbələ rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-Pri yarışları keçirilib. “Qəbələ” Atıcılıq Klubunun stend və ox atıcılığı kompleksində keçirilən yarışda qadınlar, kişilər və gənclər olmaqla 8 ölkədən 100–ə yaxın idmançı iştirak edib. Yarış iştirakçıları arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Olimpiya oyunlarının qalibləri qələbə uğrunda mübarizə aparıblar.
Bu yarışda DİN İdman Cəmiyyətinin yetirmələri də öz sərrastlıqlarını nümayiş etdiriblər. Səbail RPİ PPX-nin əməkdaşı, polis serjantı Regina Meftahətdinova dairəvi stend atıcılığı üzrə 49 xalla ikinci yerin sahibi olub.
Səngər stendində kişilər arasında təmsilçimiz Tamerlan Məmmədov, qadınlar arasında isə Aydan Camalova gümüş medal qazanıblar.
[inpost_fancy thumb_width="200" thumb_height="200" post_id="36474" thumb_margin_left="0" thumb_margin_bottom="0" thumb_border_radius="2" thumb_shadow="0 1px 4px rgba(0, 0, 0, 0.2)" id="" random="0" group="0" border="" show_in_popup="0" album_cover="" album_cover_width="200" album_cover_height="200" popup_width="800" popup_max_height="600" popup_title="Gallery" type="fancy"]