ONN İnformasiya Agentliyi

AFFA bu klubları cərimələdi

AFFA bu klubları cərimələdi
7-12-2024, 16:57
AFFA İntizam Komitəsi "Turan Tovuz" və "Kəpəz" klublarını cərimələyib.

ONN media xəbər verir ki, bölgə təmsilçiləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarında yaşananlara görə ziyana düşüblər.
"Turan Tovuz" evdə "Sabah"a penaltilər seriyasında uduzduqları görüşdə azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi (cari mövsümdə ikinci dəfə) ucbatında 500 manat ödəyəcək. Meydan sahibləri tərəfdarlar pirotexniki vasitədən istifadə etdiyi üçün 1500 manat cərimə olunub.
"Kəpəz" isə "İmişli"ni məğlub etdiyi (1:0) qarşılaşmada dörd futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından 700 manat verəcək
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png