AFFA İntizam Komitəsi növbəti iclasını keçirib. ONN media xəbər verir ki, ötən həftə AFFA-nın təşkil etdiyi oyunlarda baş verən pozuntulara hüquqi qiymət verilib. Premyer Liqanın XIX turunun “Neftçi” – “Sabah” matçında altı futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün meydan sahibi klub 800 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub daha 200 manat cərimələnib. I divizionun XVII turunun “Ağsu” – “Səbail-2” matçı daha çox diqqət mərkəzində olub. Dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Ağsu klubu səksən, komandanın futbolçuları – Fərrux Rəhimov və Sahib Lümşüdov meydandan qovulduğu üçün klub 480, matçın təhlükəsizliyini tam təm etmədiyinə görə daha 400 manat cərimə olunub. “Səbail-2” komandası isə matçın protokolunu vaxtında təqdim etmədiyinə görə Səbail klubu səksən manat cərimələnib. “Qaradağ Lökbatan” – “Kəpəz” matçının ikinci hissəsi Bakı klubuna görə üç dəqiqə gec başlayıb. Buna görə “Qaradağ Lökbatan” klubu 240 manat cərimə olunub. Bundan başqa, İntizam Komitəsinə daxil olan əlavə məlumatlara əsaslanaraq bu qurum 26 fevral 24 N-li protokolunun 12-ci maddəsinə aşağıdakı düzəlişləri edib. 23 fevralda Region Liqasında keçirilmiş “Ağsu Siti” – “Gənclik” (Sabirabad) oyununda qonaqların heyətində Amid Zeynalov qarşılaşmanın 58-ci dəqiqəsində hakimi təhqir edib, qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə qarşı fiziki güc tətbiq etdiyinə görə on oyunluq cəzalandırılıb. Həmin komandanın heyətində Elmar İsgəndərov matçın 90-cı dəqiqəsində hakimi təhqir edib qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı zaman hakimə qarşı fiziki güc tətbiq etməyə cəhd etdiyi üçün beş oyunluq cəzaya məruz qalıb. U-13 Qızlar Liqasının “Bakinka” (Bakı) – “Sumqayıt” matçında qonaq komanda, futzal üzrə I Liqanın “Sabunçu” – “Qrin Loq” matçında meydan sahibi komandası iştirak etmədiyinə görə hər iki kluba texniki məğlubiyyət verilib.
AFFA “Neftçi”ni cərimələdi



AFFA-dan sərt qərar - “Neftçi”nin məşqçisinə 20 oyunluq cəza
AFFA "Qarabağ"ı cərimələdi- SƏBƏB İSƏ...
AFFA bu futbolçuları CƏZALANDIRDI
AFFA bu klubları cərimələdi
AFFA-dan futbolçulara cəza, klublara cərimə
AFFA Mahir Emrelini cəzalandırdı
AFFA bu klubları cərimələdi
“Qarabağ” və “Neftçi” cərimələndi
Azərbaycanda futbol klubu isti suya görə cəza aldı
AFFA klubları CƏZALANDIRDI
AFFA “Qarabağ”ı cərimələdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 