Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
ONN media xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 6-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
“Turan Tovuz” - “Kəpəz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
“Kəpəz”in “Xəmsə” fan klubunun azarkeşləri tərəfindən 110 ədəd oturacağın sındırılması ilə bağlı dəymiş zərər “Kəpəz” tərəfindən ödəniləcək. “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.
“Qəbələ” – “Neftçi” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.
“Səbail” – “Zirə” oyununun 79-cu və 90+1-ci dəqiqəsində “Səbail” azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik, təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub. Həmçinin birinci hissədə AFFA nümayəndələri üçün şəraət yaradılmadığına görə “Səbail” 800 manat cərimələnib. Eyni zamanda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub. “Səbail”in futbolçusu Tural Bayramlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimələnib.
“Qarabağ” - “Sabah” oyununda “Sabah”ın baş məşqçisi Murad Musayev texniki zonanı tərk edərək yan xətt hakiminə etiraz etdiyi üçün qırmızı vərəqə aldığına görə 1 oyun cəzalandırılıb və “Sabah” 800 manat cərimə olunub. “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimələnib. “Sabah”ın futbolçusu Abdulaye Ba ikinci sarı vərəqə alaraq maydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat məbləğində cərimə olunub.
Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri meydançaya daxil olduğuna görə Ağdam təmsilçisi 1600 manat cərimələnib.



AFFA bu futbolçuları CƏZALANDIRDI
AFFA bu klubları cərimələdi
“Qarabağ” və “Neftçi” cərimələndi
AFFA bu klubları cərimələdi
AFFA-dan futbolçulara cəza, klublara cərimə
AFFA Mahir Emrelini cəzalandırdı
“Qarabağ” və “Neftçi” cərimələndi
AFFA bu klubları cərimələdi
"Qarabağ"ın baş məşqçisi niyə cəzalandırıldı?
AFFA klubları CƏZALANDIRDI
AFFA “Neftçi”ni cərimələdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 