İspaniya "Barselona"sının gənc futbolçusu Lamin Yamalın "Real Madrid"lə "El-Klassiko" matçında (1:2) göstərdiyi zəif oyunun fonunda ciddi sağlamlıq problemi dayanır.
ONN media xəbər verir ki, məğlubiyyətdən bir həftə sonra 18 yaşlı hücumçunun karyerası boyu onu təqib edə biləcək çox ciddi bir sağlamlıq probleminin mövcud olduğu məlum olub.
Kataloniyanın "Sport" qəzeti Yamalın pubalji xəstəliyindən əziyyət çəkdiyini aşkar edib. Bu, qasıq və qarın nahiyəsində ağrı ilə özünü göstərən xroniki zədədir.
İspaniyalı fizioterapevt Luis Puç qeyd edir ki, pubalji adi əzələ zədəsi deyil və bu xəstəlik, bədəni böyüdükcə Laminin bəzi əzələlərinin dəyişməsi səbəbindən inkişaf edə bilər:
"Əvvəla, deməliyik ki, pubalji əzələ zədəsi deyil, daha çox müxtəlif əzələlərin birləşdiyi qasıq nahiyəsindəki dəyişiklikdir. Bu, bir ay ərzində yox olacaq bir zədə deyil. Bununla yaşamaq və Laminin ən yüksək səviyyədə oynaya biləcəyinə əmin olmaq üçün profilaktik işlər aparmaq lazımdır".
Məşhur travmatoloq Pedro Luis Ripol isə "El Larguero" radio kanalına verdiyi müsahibədə vəziyyəti daha acı qiymətləndirib: "Düzünü desəm, bu zədənin müalicəsi çətindir. O, oyunçunun hərəkət etmək və qapıya zərbə vurmaq qabiliyyətini təxminən 50% azaldan ağrı ilə xarakterizə olunur ki, biz də bunu "El-Klasiko"da müşahidə etdik. Bu, adamı iflic edən bir ağrıdır – oyunçunun matçlarda iştirak etməsinə imkan verir, lakin onun maksimum səviyyəyə çatmasına mane olur və effektivliyini əhəmiyyətli dərəcədə azaldır".
Qeyd edək ki, "Barselona"nın keçmiş futbolçusu, hazırda ABŞ-ın "İnter Mayami" klubunda çıxış edən Lionel Messi də 2000-2008-ci illər arasında pubaljidən əziyyət çəkib. Lakin belə bir zədə belə argentinalı futbolçunun möhtəşəm karyera qurmasına mane olmayıb
Məşhur idmançıya sağalmaz xəstəlik diaqnozu qoyuldu



Məşhur futbolçunun alacağı maaş açıqlandı
Yamalın arzusu ürəyində qaldı
Əl biləyində ŞİDDƏTLİ AĞRI: Bu şəxslər təhlükə ilə üzləşə bilərlər
“El klasiko” tarixinin 10 ən yaxşı bombardiri
Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionist
“Qızıl Top”da favorit adlar açıqlandı
Koronavirusun ömürlük fəsadları NƏLƏRDİR?
Ramos növbəti dəfə zədələndi
Daha bir futbolçu oyundan gedir
Adi soyuqdəymə ilə səhv salınan 4 TƏHLÜKƏLİ XƏSTƏLİK
Bütün diqqətlər Fransada- Qalib bəlli olacaq
"Barselona" "Real Madrid"ə böyük hesabla qalib gəldi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 