Yaponiya futbol liqasında oyunların heç-heçə başa çatması qaydası ləğv edilib.
ONN media xəbər verir ki, yeni eksperimental qayda Yaponiya çempionatının 2026-cı il mövsümündə tətbiq olunur.
Qeyd olunur ki, Yaponiyada yenicə start götürmüş mövsüm qısaldılmış formatda keçiriləcək və may ayınadək davam edəcək. Növbəti mövsümdə isə Yaponiya Futbol Federasiyası Avropada tətbiq olunan "payız-yaz" sisteminə keçid edəcək.
Yeni qaydalara əsasən, çempionat oyunu heç-heçə başa çatdıqdan sonra komandalar dərhal penaltilər seriyasına keçəcəklər.
Oyunun əsas vaxtında qələbə qazanan komanda əvvəlki kimi üç xal qazanacaq. Penaltilər seriyasında qalib gələn komanda iki xal, məğlub olan komanda isə bir xal əldə edəcək.
Artıq çempionatın birinci turu keçirilib və bu tur çərçivəsində dörd matçda qalib penaltilər seriyasından sonra müəyyənləşib.



Naxçıvanda İLK DƏFƏ - Çimərlik futbolu yarışı keçirilir
İtaliya Kubokunda əlavə vaxt ləğv edildi
Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək
"Qarabağ"ın finaldakı rəqibi bəlli oldu
Xorvatiya 1/4 finala yüksəldi- Yenilənib
UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
Azərbaycanda maraqlı oyun- Telefon işığında futbol oynadılar
Azərbaycan futbolunda İNQİLABİ QƏRAR
DÇ-2026: Pley-off mərhələsinin püşkü atılır
Millimiz Türkiyəyə məğlub oldu
Yaponiya möhtəşəm qələbə qazanıb
Dünya çempionatının 9 iştirakçısı bəllidir
Hadrut və Qırmızı Bazara növbəti köç oldu
Azərbaycanda güclü zəlzələ oldu
Kənan Doğulu və Beren Saat sərbəst buraxıldı
DÇ-2026: Futbol həyəcanı ölümə səbəb oldu
Temperatur 35 dərəcəyə yüksələcək
Böyük yazıçı İsa Muğannanın doğumundan 98 il ötür
Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
İlham Əliyev Putini təbrik etdi
Saqqızda 21 yaşlı gənc minaya düşdü
DYP məzunlara və valideynlərə müraciət etdi
Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
Səhər acqarına sarımsaq udmaq nəyə xeyirdir?
Pensiyaçılara şad xəbər
DÇ-2026: Daha 2 maraqlı oyun..
Neft kəskin ucuzlaşdı 