Çimərlik futbolu üzrə ilk Naxçıvan Muxtar Respublika çempionatına start verilib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çempionatda 12 komanda iştirak edir. Uzunoba gölü ətrafında yeni inşa olunan çimərlik futbolu meydançasında keçirilən ilk muxtar respublika çempionatında komandalar 4 qrupda mübarizə aparır. Dairəvi sistemlə oynanılacaq oyunlardan sonra hər qrupun ən yaxşı nəticəni göstərəcək 2 komandası 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələdə komandalar bir görüşdən ibarət oyun keçirəcək və növbəti mərhələyə addımlayacaq. Yarımfinalda qalib olan komandalar isə finalda mübarizə aparmaq hüququ əldə edəcək. Bu mərhələdə məğlub olan komandalar bürünc medal uğrunda meydana çıxacaqlar. Çempionat bir ay davam edəcək. Çempionatın artıq iki oyunu keçirilib. İlk görüşdə meydana “Prestij” və “Badamlı” komandaları çıxıb. Görüş “Badamlı” komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Günün ikinci oyununda “Batabat” və “Aralıq” komandaları üz-üzə gəlib. Daha üstün oyun sərgiləyən “Aralıq” komandası meydanı qələbə ilə tərk edib – 9:3. Bu gün çempionat “C” və “D” qrupunun iki oyunu ilə davam edəcək. Belə ki, əvvəlcə saat 18:15-də meydana “Panter” və “Hava Limanı” komandaları çıxacaq. Saat 19:15-də isə “Antiinhisar” - “Yaycı” görüşü keçiriləcək.(AzərTAc)
Naxçıvanda İLK DƏFƏ - Çimərlik futbolu yarışı keçirilir



Naxçıvanda ilk çimərlik futbolu meydançası inşa edilir
Qurban Qurbanov vəziyyətlə bağlı açıqlama verdi
Dünya çempionatının 9 iştirakçısı bəllidir
Millimizin rəqibi kim olacaq?- Bu gün bilinəcək
Ramilə Əliyeva Avropa çempionatında gümüş medal qazandı
Bu gün bütün gözlər Naxçıvandadır
Azərbaycanda yeni nazirlik yaradıldı
Qadın güləşçimiz Avropa çempionatının finalına yüksəldi
Bakıda yaşayan Naxçıvan MR sakinlərinin NƏZƏRİNƏ
Naxçıvan əhalisinin sayı 3 min nəfər artıb
Naxçıvan əhalisinin sayı açıqlandı
Bakı Elm Olimpiadası keçiriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 