“Qarabağ” qapıçısı Mateuş Koxalski ilə mövsümün sonunda yollarını ayıra bilər.
ONN media Futbolinfo.az-a istinadla xəbər verir ki, buna səbəb polşalı qolkiperə həddən artıq marağın olmasıdır.
Ağdam klubunun heyətində bu mövsüm UEFA Çempionlar Liqasında parlaq çıxışla diqqət çəkən 25 yaşlı qapıçı bunun sayəsində Polşa millisinə dəvət alıb. Koxalski millinin daimi üzvünə çevrilmək və bir nömrəli qolkiperi olmaq arzusundadır. Bunun üçün isə daha yüksək səviyyəli çempionatlarda çıxış etməyi hədəfləyir.
Futbolçu hələlik əsasən ölkəsi Polşada “Vidzev” və “Lex” kimi klublardan rəsmi təklif alıb. Lakin o, daha böyük liqalarda oynamaq niyyətindədir. Xüsusən də, “böyük beşlik” ölkələrindən dəvət gözləyir. Digər tərəfdən “Qarabağ” da Koxalskini əldən buraxmaq istəmir. Bu səbəbdən ona yeni müqavilə təklif olunacaq. Qapıçı yeni sözləşməyə yaxın durmasa, ağdamlılar onu mövsümün sonunda sərfəli qiymətə satmaq qərarına gələ bilər. Əks təqdirdə, Koxalski 2027-ci ilin yayında azad agent kimi klubu tərk edəcək.
Qeyd edək ki, Mateuş Koxalski “Qarabağ”a 2024-cü ildə Polşanın “Stal” klubundan keçib
Koxalski “Qarabağ”dan gedir?



Koxalski "Napoli" ilə oyundakı penaltidən danışdı
ÇL: Koxalski ən yaxşı 3 qapıçı sırasında
Koxalskinin transfer qiyməti bəlli oldu
"Qarabağ" 5 futbolçusu ilə vidalaşacaq
Qurban Qurbanov onun satılmasını istəmir
"Qarabağ"dan supertransfer
"Qarabağ" yeni futbolçu aldı
"Qarabağ" yeni formalarını Şuşada təqdim etdi
"Qarabağ" klubu qapıçı transferini açıqlayıb
Şahruddin Məhəmmədəliyev yenidən "Qarabağ"da! - RƏSMİ
"Qarabağ" bu futbolçudan niyə "əl çəkmir"?
"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 