Dünən başa çatmış şahmat üzrə Avropa komanda çempionatlarında Azərbaycanın kişilərdən ibarət yığması qızıl medallar qazanıb. ONN media xəbər verir ki, SSRİ dağılandan sonra keçən il 25 il ərzində 12 dəfə kişilər arasında və 12 dəfə qadınlar arasında qitə çempionatı keçirilib. Bu illər ərzində kişilərdən ibarət komandalar arasında ən çox medal və qələbə qazanan Rusiya olub (4 qələbə+3 dəfə ikinci yer+1 dəfə üçüncü yer). Azərbaycanın 5 medalı var (3+1+1). Onu qeyd edək ki, Krit adasında bu komanda dördillik intervalla “dalbadal” üçüncü dəfə qalib gəlib. Sonrakı yerləri Ermənistan, Almaniya, Fransa, Ukrayna və Macarıstan, Niderland, İngiltərə, İsrail və Gürcüstan tutur. Əsrin dörddə biri müddətində yalnız gürcü şahmatçılar bir medalla kifayətləniblər. Rusiyanın qadınlardan ibarət yığma komandası son onillikdə bütün rəqiblərindən irəlidədir – 5 dəfə qələbə və 1 dəfə ikinci yer. 25 il ərzində rusiyalı qadın şahmatçılar 8 medal qazanıblar 5+1+2. Gürcüstanın 7 (1+4+2), Ukraynanın 5 (2+1+2), Polşanın 4 (1+2+1), Ermənistanın 2 (1+0+1), Rumıniyanın 2 (0+1+1), İngiltərənin 2 (0+0+2), Slovakiya və Fransanın hərəsinin 1 qızıl medalı, Moldova, Macarıstan və Yunanıstanın hərəsinin 1 gümüş medalı, Azərbaycanın qadın şahmatçılarının 1 bürünc medalı var.
Avropa çempionatlarının medallar statistikası dərc edilib



Şahmat üzrə Avropa çempionatında V turun oyunları keçirilib
Azərbaycanın xanım idmançısı dünya çempionu oldu
Millimiz Şimali Makedoniya yığmasını ikinci dəfə məğlub etdi
Azərbaycan taekvondoçusu Avropa çempionu oldu
Cüdo üzrə komandamız qızıl medal qazandı
Millimizdən BÖYÜK UĞUR
Avropa çempionatı: Azərbaycan yığması Ermənistanla heç-heçə etdi
Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı keçirilib
Şahmat millimizin Olimpiadada potensial rəqibləri məlum oldu
Millimiz İngiltərəyə qalib gəldi
Şahmatçılarımızdan daha bir qələbə
Dünya çempionu məlum oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 