Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu uzunömürlülük indeksinin aşağı və yüksək olduğu ərazilərin adlarını açıqlayıb.
ONN media xəbər verir ki, Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova Azərbaycanda ən yüksək uzunömürlülük indeksinin cənub bölgəsi və Dağlıq Qarabağ rayonlarında, uzunömürlülük indeksinin aşağı olduğu ərazilərin isə Mingəçevir, Abşeron yarımadası, Göyçay, Ucar rayonlarında qeydə alındığını bildirib:
“Elə hesab edilir ki, Qəbələ Radiolakasiya Stansiyası (RLS) Qəbələ əhalisinin sağlamlığına təsir edir. Bu, əslində səhv fikirdir. Qəbələ rayonu RLS-in arxa hissəsindədir, stansiyanın əsas - ön hissəsi Uçar, Ağdaş, Göyçay rayonlarına doğru olduğundan şüalanma bu ərazilərə düşür. RLS intensiv işləyəndə Qəbələnin İsmayıllıya yaxın kəndlərində uzunömürlülük indeksi aşağı düşürdü. İvanovka kəndinin sakinləri də RLS-in fəaliyyətindən narazı idilər. İndi RLS-in fəaliyyəti dayandığından İvanovkada uzunömürlülük indeksi artıb”.
S.Hüseynova qeyd edib ki, uzunömürlülük nəsillə davam edə bilsə də, ekoloji amillərin də təsiri var:
“Apardığımız tədqiqatlardan məlum olub ki, uzunömürlülük populyativdir, yəni populyasiya şəklindədir. Müəyyən nəsil var ki, onlar uzunömürlüdürlər. Əgər ekoloji mühit yaxşı olarsa, həmin nəsildə bu gen itməyərək nəsildən-nəslə ötürülür. Amma babası, nənəsi, atası uzunömürlü olan şəxs ekoloji mühiti pis olan ərazidə yaşayırsa, təbii ki, bu amil onun ömür uzunluğuna mənfi təsir edir”.
Xatırladaq ki, ötən ilin əvvəlinə olan məlumatlara əsasən, Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10 min uzunömürlü var. Uzunömürlülər siyahısına daha çox qadınlar düşüb. Belə ki, ölkədəki uzunömürlülərin 814 nəfəri qadın, 24-ü kişidır.



AMEA-da BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza ilə görüş keçirilib
ETSN məlumat yaydı- TƏHLÜKƏ YÜKSƏKDİR
Faktiki hava açıqlandı
Azərbaycandakı uzunömürlülər "Ginnesin Rekordlar Kitabı"na niyə salınmır?
Ömrünüzü uzatmaq üçün çarə tapıldı
Uzunömürlülüyün sirri nədədir?
Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib
Bizim uzunömürlülər "Ginnesin Rekordlar Kitabı"na niyə salınmır?
Piylənməni hesablayan ən ideal cədvəl
Faktiki hava açıqlandı
Faktiki hava açıqlandı
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 