ONN media xəbər verir ki, iyulun 6-da Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin növbəti ümumi yığıncağı keçirilib.
Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı məsələlər üzrə dəvət olunmuş əməkdaşlar iştirak ediblər.
Akademik Əhliman Əmiraslanov iclası giriş sözü ilə açaraq gündəlikdə yer alan məsələlər haqqında məlumat verib. Sonra elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq bölmənin akademik-katibi müavinlərinin və büro üzvlərinin seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, AMEA-nın müxbir üzvləri Zeynal Əkpərov və Nuru Bayramov akademik-katibin müavinləri seçiliblər, həmçinin büronun yeni tərkibi müəyyənləşib. Bölmə nəticələrin təsdiqi üçün AMEA Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.
Digər qərarlarla Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Cənubi Koreyanın Seul Universiteti ilə müştərək beynəlxalq laboratoriyanın və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyasının yaradılması, Botanika İnstitutunun isə Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Tədbirdə AMEA-nın müxbir üzvü Vaqif Novruzovun 75 illik, aqrar elmlər üzrə elmlər doktoru Mustafa Mustafayevin 60 illik yubileylərinin keçirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.
İclasda Mərkəzi Nəbatat Bağının baş elmi işçisi, biologiya üzrə elmlər doktoru, professor Arif Bayramov, Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov yubileyləri ilə bağlı bölmənin Fəxri Fərmanları ilə təltif olunublar. Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun 50 illiyi ilə əlaqədar institutun bir sıra əməkdaşına da bölmənin Fəxri Fərmanları təqdim edilib.
Sonda bir sıra ezamiyyə və kadr məsələlərinə baxılıb.



AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirildi
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilidi
AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
Rəyasət Heyətinin növbəti iclası keçirilib
AMEA-nın Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib
Humanitar Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib
Misir Mərdanova YÜKSƏK VƏZİFƏ VERİLDİ
Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçildi
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkilatçılığı ilə elektrik enerjisi sektorunda islahatlar müzakirə edilib
Yer Elmləri Bölməsinin növbəti iclası keçirildi
AMEA-da BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza ilə görüş keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 