Sentyabrın 10-da AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov AMEA Rəyasət Heyətində BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formozanı qəbul edib. Görüşdə herontologiya sahəsində elmi və elmi-təşkilati əməkdaşlığın perspektivləri müzakirə olunub, birgə elmi tədqiqat layihələri üçün ölkənin potensialının qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
AMEA -dan ONN media -ya verilən məlumata görə, Akademik Azərbaycanın uzunömürlülər diyarı kimi qəbul olunduğunu vurğulayaraq bu sahədə AMEA-nın müvafiq institutlarında, xüsusilə akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda aparılan tədqiqatların yüksək fundamental və praktiki əhəmiyyətini, herontoloji tədqiqatların daha geniş inkişafı üçün mövcud imkanlardan istifadə olunacağını diqqətə çatdırıb.
Sonra Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova institutun herontologiya sahəsində həyata keçirdiyi elmi tədqiqat layihələrinin nəticələri haqda qısa məlumat verib.
Görüşdə professor Marvin Formoza Fiziologiya İnstitutunda sözügedən sahədə əldə edilən təcrübənin əsas götürüldüyünü qeyd edərək həmin institutun BMT-nin Qocalma İnstitutunun regional mərkəzi olaraq seçildiyini deyib.
Qeyd edək ki, Professor M.Formozanın səfəri sentyabrın 14-nə qədər davam edəcək. Səfərin proqramına yüksək uzunömürlülük indeksi ilə fərqlənən Lənkəran rayonunda Fiziologiya İnstitutunun həyata keçirdiyi “Uzunömürlülüyün fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi” proqramının iştirakçıları ilə görüşlər daxildir.



Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib
AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXSLƏR işdən çıxarıldı və...
Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçildi
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilidi
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib
Misir Mərdanova YÜKSƏK VƏZİFƏ VERİLDİ
Ramiz Mehdiyev Yaqub Mahmudovu İŞDƏN ÇIXARDI VƏ...
Ramiz Mehdiyevə daha bir vəzifə verildi
Şamaxı Rəsədxanasına baş direktor seçildi
AMEA-da iki vacib təyinat
Möhsün Nağısoylu və daha iki direktor işdən çıxarıldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 